Cümə , Aprel 19 2024
Ana səhifə / Aktual / Maaşı spikerlə eyni oldu

Maaşı spikerlə eyni oldu

Prezident İlham Əliyev “Konstitusiya Məhkəməsi haqqında” qanuna  dəyişiklik edilməsi barədə qanunu imzalayıb.

“Qafqazinfo” xəbər verir ki, dəyişikliyə əsasən Konstitusiya Məhkəməsi sədrinin aylıq vəzifə maaşı Milli Məclisin sədrinin aylıq vəzifə maaşına bərabərdir. Eyni zamanda, yeni əlavə edilən 73.10-cu maddəsinə əsasən Konstitusiya Məhkəməsinin hakiminə bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə ödənilir.

Qeyd edək ki, bu Qanun 2019-cu il aprelin 1-dən qüvvəyə minir.

Prezident həmçinin “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə”  qanunun tətbiqi haqqında sərəncam imzalayıb.  Sərəncama əsasən, Nazirlər  Kabineti Azərbaycan qanunlarının və prezidentin aktlarının “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.

Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.
Mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Prezidentinə məlumat verməlidir.

Həmçinin Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Konstitusiya Məhkəməsi haqqında” qanunda dəyişiklik edilməsi barədə” qanunun uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat verməlidir.

Həmçinin oxuyun

Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir – VİDEO

İşğaldan azad edilmiş ərazilərdə daha bir mühüm strateji obyekt tam Azərbaycanın nəzarətinə keçəcək. Bunu açıqlamasında …