Bazar ertəsi , İyun 24 2019
Ana səhifə / Maaş və pensiyalarla bağlı monitorinqin nəticələri

Maaş və pensiyalarla bağlı monitorinqin nəticələri

pulAzərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının ekspertləri apardıqları monotorinqin nəticəsini açıqlayıblar.

ANS PRESS-in məlumatına görə, Hərəkatın sədri Qubad İbadoğlu AzadlıqRadiosuna bildirib ki, onlar minimum istehlak səbəti üzrə dəyərləndirmələr aparıblar. Məlum olub ki, orta aylq əmək haqqı müqabilində əsas ərzaq məhsullarında ciddi bahalaşma baş verib. Ötən ay Azərbaycanda orta aylq əmək haqqı 444 manat olub.

Martın 15-nə olan hesablamalar göstərib ki, ölkə üzrə minimum istehlak səbəti aşağıdakı kimidir:

Əmək qabliyyətli insanlar üçün – 215 manat, Pensiyaçılar üçün – 164 manat, 0-15 yaşlı uşaqlar üçün – 223,2 manat.

Minimum xərclər isə biruşaqlı ailədə 653, ikiuşaqlı ailədə 876,3, üçuşaqlı ailədə 1099 manat təşkil edir.

Bu hesablamalar onu da göstərir ki, Azərbaycanda orta aylıq əmək haqqı 1000 manatdan az olmamalıdır. Nəzərə alsaq ki, orta statistik azərbaycanlı ailəsi 4 ya 5 nəfərdən ibarətdir və hər ailədə adətən, 1 nəfər işləyir, onda ailənin gəlir və xərci arasında ciddi fərqyarandığını görürük.

Q.İbadoğlunun fikrincə, buna görə də ADR hərəkatı pensiyaların baza məbləğinin 165 manata çatdırılmasını təklif edir. Hazırda bu məbləğ 100 manat, və ya 95 dollardır. Müqayisə üçün minimum pensiyanın digər MDB ölkələrindəki məbləğinə baxaq: Qazaxıstanda – 185 dollar, Belarusda 129 dollar, Ukraynada 118 dollar, Rusiyada 108 dollar.

Hesab edirik ki, uşaqlara, əlilliyi olan şəxslərə və digər həssas qruplara verilən aylıq maddi yardım və sosial müavinətlərin minimum məbləği isə 225 manat, işsizlərə verilən müavinətlər isə ayda 220 manat olmalıdır.

Xatırladaq ki, ötən gün ölkə parlamentində hökumətin 2014-cü illə bağlı verdiyi hesabatda baş nazir Artur Rasizadə bildirib ki, orta aylıq əməkhaqqı 4,5 faiz, əhalinin gəlirləri 4,8 faiz artıb. İllik inflyasiya isə 1,4 faiz səviyyəsində saxlanıb. Bu ildən yeni redaktədə qüvvəyə minmiş minimum istehlak səbətinin tərkibinin bir aylıq dəyəri adambaşına təqribən 170 manatdır.

Həmçinin oxuyun

Azərbaycanda aliment ödəməyən müəllim dərs zamanı həbs edildi – VİDEO

Azərbaycan rəsm müəllimi dərs zamanı polis tərəfindən saxlanılaraq polis bölməsinə aparılıb. Unikal.org xəbər verir ki, bu …

Bir cavab yazın