Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Məşhur türk müğənni eyvandan yıxılaraq həyatını itirdi

Məşhur türk müğənni eyvandan yıxılaraq həyatını itirdi

Türkiyənin arabesk musiqi sənətçisi Hüseyn Altın evinin eyvanından yıxılaraq vəfat edib.

Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

O, dərhal çatdırıldığı Gaziosmanpaşa xəstəxanasında bütün tibbi müdaxilələrə baxmayaraq həyatını itirib.

1 aprel 1958-ci ildə Ərzurumda doğulan Hüseyn Altın Türkiyədə ilk uşaq sənətçi olaraq tanınıb.

“Neden saçların beyazlanmış arkadaş?”, “Dargınım”, “Hasret akşamları” adlı mahnıları ilə məşhurlaşmış ifaçı “Şerefimle yaşarım”, “Hor görme garibi”, “Aşk sürgünü”, “Gecelerin adamı” və “Kadersizler” kimi filmlərdə rol almışdı.

Oxu.Az

Həmçinin oxuyun

Neftdən büdcəyə daxilolmalar proqnozdan 217 mln. manat çoxdur

Dövlət büdcəsinin neft-qaz sektoru üzrə daxilolmaları 4562,6 milyon manat təşkil edib. Azinforum.az bu barədə Maliyyə …

Bir cavab yazın