Şənbə , Aprel 20 2024
Ana səhifə / Aktual / Məşhur bakılı Rusiyada “xarici agent” elan edildi

Məşhur bakılı Rusiyada “xarici agent” elan edildi

Məşhur bakılı şahmatçı, eks-dünya çempionu, Rusiyanın 2013-cü ildən mühacirətdə olan müxalifət liderlərindən biri Harri Kasparov və sahibkar Mixail Xodorkovski Rusiyada “xarici agent” elan edilib.

Modern.az xəbər verir ki, bu barədə Rusiya Ədliyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Kasparov və Xodorkovski siyasi fəaliyyətə görə “xarici agent” siyahısında daxil edilib. İddiaya əsasən, Xodorkovski Ukrayna ilə, Kasparov isə Amerika İnsan Haqları Fondu ilə əlaqədədir.

Məlumat üçün bildirək ki, “xarici agentlər”in siyahısında Kasparov və Xodorkovskidən başqa, telejurnalistlər Yevgeni Kiselev və Matvey Qanapolski, müxalifətçi Aleksey Navalnının şəriki Leonid Volkov, siyasətçi Vladimir Kara-Murza və reper Əlişir Morqenştern də yer alır.

Qeyd edək ki, Kasparov Rusiya prezidenti Vladimir Putinin sərt tənqidçilərindən biridir. O, Ukraynada müharibə başlayandan bəri Rusiya lideri barədə kəskin fikirlər səsləndirib. 

Həmçinin oxuyun

Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir – VİDEO

İşğaldan azad edilmiş ərazilərdə daha bir mühüm strateji obyekt tam Azərbaycanın nəzarətinə keçəcək. Bunu açıqlamasında …