Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Məşhur aparıcı villasını görəndə şoka düşdü

Məşhur aparıcı villasını görəndə şoka düşdü

Məşhur amerikalı televiziya aparıcısı Haui Mendel işdən evinə gələrəkən şok yaşayıb.

ANS PRESS-in məlumatına görə, aparıcı görüb ki, onun evi tamamilə tualet kağızı ilə örtülüb.

Jurnalistlə qonşuluqda yaşayan məşhur şoumen Roman Etvud tərəfdarlarının köməyi ilə belə bir zarafat edib. Roman Etvud Mendelə etdiyi zarafatı videoya çəkib. Video görünür ki, Etvud və dostları aparıcının Kaliforniyada olan villasını tualet kağızı ilə atəşə tuturlar.

Nəticədə villa tualet kağızları ilə tam örtülüb. Maraqlıdı burasındadır ki, evin kağızlarla atəşə tutulmasında aparıcının oğlu ilə xanımı da iştirak edib.

Mendela işdən evə qayıdarkən bu mənzərə ilə rastlaşıb və əsəbiləşib. Daha sonra bunun dostlarının zarafatı olduğunu anlayan aparıcı özünə gəlib.

İnternetdə martın 15-də yerləşdirilən videoya 6 milyondan çox insan baxıb.

Həmçinin oxuyun

İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) məktəb turunu yekunlaşdırıb

İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Naxçıvan Muxtar …

Bir cavab yazın