Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Aktual / Mərhum dünya çempionu Fərhad Poladovun törətdiyi qəzada xəsarət alan şəxs kimdir?

Mərhum dünya çempionu Fərhad Poladovun törətdiyi qəzada xəsarət alan şəxs kimdir?

Bir neçə gün öncə Bakı Olimpiya Stadionunun qarşısında baş verən qəzada xəsarət alan şəxsin kimliyi məlum olub.

MMA döyüş növü üzrə dünya çempionu, 1993-cü il təvəllüdlü Fərhad Rahib oğlu Poladovun törətdiyi qəzada digər avtomobildə xəsarət alan şəxsin kimliyi bilinib. O, 1964-cü il təvəllüdlü Cavadov Kərim Əlibala oğludur.

Əldə olunan məlumata görə, K.Cavadov Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşı olub. O, qəza baş verən gün bədənin müxtəlif yerlərinin xəsarətləri, sol körpücük sümüyünün sınığı və döş qəfəsinin küt travması diaqnozu ilə 3 saylı Şəhər Klinik Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

Bir müddət orada müalicə alan K.Cavadov daha sonra DİN-in hospitalına köçürülüb. (Trend)

*   *   *11:06

Azərbaycanlı idmançı Fərhad Poladovun qəzaya düşdüyü anın görüntüləri yayılıb.

“Qafqazinfo” xəbər verir ki, sosial şəbəkələrdə yayılan videoda Poladovun yüksək sürətdə idarəetməni itirərək digər yola çıxdığı əks olunub. Onun əks yolda sürətlə hərəkət edən avtomobillə toqquşduğu görünür.

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …