Ana səhifə / Aktual / “Mənim liderim Əli Kərimli deyil, xalqdır” – Tural Abbaslıdan səs gətirən açıqlamalar

“Mənim liderim Əli Kərimli deyil, xalqdır” – Tural Abbaslıdan səs gətirən açıqlamalar

“Mənim liderim Əli Kərimli deyil, xalqdır”.

Bu sözləri musavat.com-un Facebook üzərindən gerçəkləşdirdiyi canlı yayın verilişində Ağ Partiyanın rəhbəri Tural Abbaslı deyib.

Oxuculardan AXCP sədri Əli Kərimlinin liderliyi ilə bağlı gələn suala cavabında bu fikri səsləndirən T.Abbaslı daha sonra aşağıdakıları vurğulayıb:“Bundan sonra da heç kimin liderliyini qəbul edəcək deyiləm. Xalq səs verər. Biz dəyərli xalqıq. Hər üç nəfərdən biri liderdir, xilaskardır, maşallah… Ədalətli seçki mühiti yaradaq. İnşallah, onda görəcəyik ki, lider kimdir, kim deyil”.

Hakimiyyətə də, 25 ildir, müxalifətdə qalan müxalifətə də müxalif olduğunu deyən müsahibimiz fikirlərini belə əsaslandırıb: “25 il müxalifətdə qalmaq olar? Hamı mələkdir, hamı başbiləndir. Bəs, 25 il müxalifətdə qalmağın günahı kimdədir? Məktəbə gedən uşaqlarda? Yoldan keçənlərdə? Qalibiyyətə hamı sahib çıxır. Amma 25 il müxalifətdə qalmağın məğlubiyyəti kimin üzərindədir?”

Real Partiyasının sədri İlqar Məmmədovla bağlı fikirlərini deyən T.Abbaslı ona siyasətçi kimi heç vaxt ümidi olmadığını vurğulayıb.  O, eyni zamanda Ə.Kərimliyə qarşı qısqanc yanaşması ilə bağlı deyilən fikirləri də rədd edib: “Mən Müsavatda olanda Əli Kərimlinin ümumi problemlərlə bağlı keçirdiyi mitinqlərdə iştirak etmişəm. Qonağa “get” demirlər, altından döşəyi çəkirlər. Əli Kərimli tribunaya çıxıb, “mən vahid liderəm” deməyəcək. Amma bu tövrlə, sözlə, hətta çıxışının sürdüyü vaxt ilə bunu deməyə çalışacaq”.

Həmçinin oxuyun

Quru sərhədlərin açılmaması ilə bağlı yeni versiyalar: Hökumət nədən çəkinir?

Azərbaycanın quru sərhədlərinin daha üç ay bağlı qalması ilə bağlı qəbul edilən axırıncı qərardan sonra …