Ana səhifə / “Məni məcbur ərə verdilər, müəllimimin oğlunu istəyirdim” – Elza Seyidcahan – VİDEO

“Məni məcbur ərə verdilər, müəllimimin oğlunu istəyirdim” – Elza Seyidcahan – VİDEO

“5 illik razılaşıb 24 günə ərə getdim”

 
ARB TV-nin efirində yayımlanan “Ömrün fəsilləri” verilişinin qonağı olan əməkdar artist Elza Seyidcahan ailə qurmasından danışıb:
“Mən ərə gedəndə elçilər vəd verdi ki, Elzanı nişanlayaq 5 ilə aparacağıq. Sadəcə bilək ki, bu qız bizimdir. Çünki məni istəyənlər çox idi. Mən də fikirləşdim ki, 5 ilə konservatoriyaya qəbul olub gedərəm. Mən evlənmək istəmirdim. Məcbur ərə verdilər. 5 il razılaşması 24 günə ərə getməyimlə nəticələndi. Məni qrup yoldaşımın qardaşına aldılar. Qrup yoldaşım mənə dedi ki, anam deyir sentyabrda gəlinim mənim evimdən dərsə getməlidir.
Bundan əlavə mənim müəlliməm məni öz oğluna istəyirdi. Oğlu da hərbi xidmətdə idi. Mənim könlüm o oğlanda idi. Gəlib qrup yoldaşıma dedim ki, sənin qardaşının maşını var ondan mənə 1-2 kaset al ver. Evimizə məni istəməyə qonaq gələcək. Bu da gedib qardaşına deyib və ailəsi qabağa düşüb gəlib məni istədi. Mən onu heç istəmirdim. Düşünürdüm ki, dünyada bir o qalar, bir mən ona getmərəm”.

Həmçinin oxuyun

Ramiz Mehdiyev danışdı: “Cərimə olunmamışam, 60 il əvvəl maşın sürmüşəm”

Ötən gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) keçmiş prezidenti Ramiz Mehdiyev barəsində inzibati iş başlanması …

Bir cavab yazın