Ana səhifə / “Məni ən pis formada aldadıblar” – Manaf Ağayev

“Məni ən pis formada aldadıblar” – Manaf Ağayev

Dünyada hər il aprelin 1-i gülüş günü kimi qeyd olunur.

El arasında buna “aldatma günü” də deyirlər. Gülüş günündə insanların bir-biri ilə zarafat etməsi normal hala çevrilib.

Müğənni Manaf Ağayev AzNews.az-a açıqlamasında gülüş günündə yaxınları tərəfindən həmişə aldanıldığını deyib: “Məni çox aldadıblar. Özü də ən pis formalarda. Yəni, deyilən xəbərlər o qədər inandırıcı olub ki, bir müddət özümə gələ bilməmişəm. Ən çox da ölüm xəbərləri deyiblər”.

Manaf Ağayev qeyd edib ki, onu gülüş günündə doğmalarının, dostlarının ölüm xəbərləri ilə aldadıblar: “Məsələn, biri zəng edib ki, filankəs rəhmətə gedib. Şoka düşmüşəm ki, bu nə xəbərdir, ilahi yalan olsun deyə Allaha yalvarmışam. Bir az keçəndən sonra həmin adam zəng edib ki, “zarafat edirəm Manaf, bəs bu gün gülüş günüdür, istədim səni aldadam. Dedim ki, mənimlə belə zarafat eləmə. Sonra məni başa salıblar ki, bu gün aldatma günüdür”.

Həmçinin oxuyun

Şəki Uşaq İncəsənət Məktəbinin direktorunda topdağıtmaz sərvət haradandır? – Görünəni odur ki…

Sabiq Mədəniyət naziri Əbülfəs Qarayevin vəzifəsindən azad olunmasından sonra mədəniyyət idarələrində və bir sıra rayonlarda …

Bir cavab yazın