Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Aktual / “Mən belə bir absurd çağırış edə bilərdim?” – Hadı Rəcəbli

“Mən belə bir absurd çağırış edə bilərdim?” – Hadı Rəcəbli

“Təəssüf ki, bəzi KİV-lər mənim sözlərimi təhrif edərək, vacib və aktual siyasi bəyanatımın mənasını dəyişikliyə uğradıblar. Mən sosial şəbəkələrin, ələlxüsus “Facebook”un bağlanmasına çağırmamışam. Mən insanları təhqir edən və mənəvi-mədəni dəyərlərə zərər vuran sosial şəbəkə istifadəçilərinin səhifələrinin, bu cür saytların bloklanmasında mövcud beynəlxalq təcrübədən yararlanmağa çağırmışam”.

“Qafqazinfo”nun məlumatına görə, bu fikirləri Virtualaz.org-a müsahibəsində Milli Məclisin deputatı Hadı Rəcəbli deyib.

Hiddətlənmiş deputat redaksiyaya müraciət edərək mövqeyinin dəqiqləşdirilməsini xahiş edib: “Bax, buna görə jurnalistlərdən qaçır və müsahibə vermirəm. Mən nə demişəm? Prezidentin, onun ailəsinin, ümumilikdə, bütün şəxslərin ünvanına təhqirlərin yolverilməzliyini demişəm. Hər bir insanın şərəfi və ləyaqəti var və təhqiramiz hücumların söz azadlığına heç bir aidiyyatı yoxdur. “Facebook”un bağlanmasının bura nə dəxli var? Mən siyasi elmlər doktoruyam, belə bir absurd çağırış edə bilərdimmi? Söhbət yalnız bu təxribatçı elementlərin səhifələrinin bloklanmasından gedir”

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …