Ana səhifə / Aktual / “Mən belə Avropa Şurasında olmaq istəmirəm” – Səməd Seyidov

“Mən belə Avropa Şurasında olmaq istəmirəm” – Səməd Seyidov

“Azərbaycanı utandırmaq üçün istənilən cəhdin özü elə korrupsiyadır”. 

“ Azinforum.az ”  Trend-ə istinadən xəbər verir ki, bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Avropa Şurası Parlament Assambleyasının yaz sessiyasında çıxışı zamanı deyib.

S.Seyidov Azərbaycandan olduğu üçün fəxr etdiyini qeyd edib: “Fikrimcə, vurğulamaq vacibdir ki, ölkəmi utandırmaq üçün edilən hər bir cəhd, ölkəmi günahlandırmaq elə özü korrupsiyadır. Çünki Azərbaycan bu təşkilata demokratik dəyərlər naminə daxil olub. Əgər siz korrupsiya axtarırsınızsa, o zaman digər ölkələr haqqında, bu assambleyada iclas edənlər haqqında da düşünmək lazımdır. Niyə yalnız Azərbaycan? Axı bir ay bundan əvvəl bu iclas zalında siz Ermənistan xalqı tərəfindən korrupsiyaya görə qovulan Serj Sarkisyanı alqışlayırdınız. Ermənistanın çox demokratik ölkə olduğunu, Sarkisyanın isə Ermənistan xalqını bu təşkilatda təmsil edən demokrat olduğunu təsdiq edənlərdən soruşmaq istəyirəm – cənab Sarkisyan haradadır? Niyə siz özünüzə bu sualları vermək istəmirsiniz?”

O, Azərbaycanın müharibə şəraitində olduğunu xatırladıb: “Biz ərazilərimizi itirmişik. Bizim bir milyondan çox qaçqın və məcburi köçkünümüz var. Biz bura, bu təşkilata ona görə gəlmişik ki, burada hüququn aliliyini tapaq. Lakin bunun əvəzinə yeni terminologiya görürük. Mənim adımı da korrupsiyada hallandırırlar. Mənim adım araşdırma oqranının məruzəsində də keçir, orada bildirilir ki, Seyidovun korrupsiyaya aidiyyəti yoxdur. Mənim adımım həmin sənəddə çəkilməsini dünyaya izah etmək çox çətindir. Bu, böyük ədalətsizlikdir”.

S.Seyidov Azərbaycanın öz ləyaqəti uğrunda mübarizə aparacağını və qalib gələcəyini deyib: “Çünki biz azadlıq, demokratiya haqqında, Avropa Şurasına deyil, bütün dünyaya aid olan dəyərlər haqqında düşünürük. Mən 18 il əvvəl Avropa Şurasına gələndə lap əvvəldən demişdim ki, bu mənim Şuramdır. Amma indi düşünürəm ki, yox, bu sizin Şuranızdır. Mən belə bir Avropa Şurasında olmaq istəmirəm”.

Qeyd edək ki, aprelin 23-də Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) yaz sessiyası başlayıb.

Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, AŞ PA-dakı daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidov və bir qrup deputat sessiyada iştirak edir.

Həmçinin oxuyun

Quru sərhədlərin açılmaması ilə bağlı yeni versiyalar: Hökumət nədən çəkinir?

Azərbaycanın quru sərhədlərinin daha üç ay bağlı qalması ilə bağlı qəbul edilən axırıncı qərardan sonra …