Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Aktual / “Mənə deyirlər ki, falçı Bayramın arxasında xüsusi adamlar durub…”- Tanınmış astroloq…

“Mənə deyirlər ki, falçı Bayramın arxasında xüsusi adamlar durub…”- Tanınmış astroloq…

“Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsində və Qafqaz Müsəlmanlar İdarəsində işləyən tanışlarım mənə deyirlər ki, falçı Bayram Musayevin arxasında xüsusi adamlar durub”
Bunu Moderator.az -a açıqlamasında tanınmış astroloq Səbuhi Rəhimli deyib.
S.Rəhimli televiziya kanallarının mövzu qıtlığına görə tez-tez Bayram Musayevi efirlərə dəvət etdiyini bildirib:
“2001-ci ildən falçılara və cadugərlərə qarşı müharibədəyəm. Efirlərdə həmişə ekstrasens verilişlərinin qapadılması üçün mübarizə aparmışam və buna nail olmuşam. Bundan sonra da fəaliyyətimə davam edəcəm. Sentyabr ayından özünü ekstrasens, falçı kimi təqdim edən şəxsləri zərərsizləşdirməklə bağlı fəaliyyətə başlayacam. Amma hamı mənə müraciət edir ki, son zamanlar televiziya kanallarında məşhur olan falçı Bayram Musayevi zərərsizləşdirim. Bunu məndən xahiş edənlərə deyirəm ki, bir adamı da siz zərərsizləşdirin görüm necə olur. Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsində və Qafqaz Müsəlmanlar İdarəsində işləyən tanışlarım mənə deyirlər ki, falçı Bayram Musayevin arxasında xüsusi adamlar durub. Televiziyalar əyləncə, skandal, düşük şeylərə meylli olduqlarından mövzu qıtlığı var və ona görə də Bayramı bərk tutublar. Deyirlər ki, televiziya kanallarında o boşluğu doldurmaq üçün Bayramdan yaxşı namizəd yoxdur”

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …