İslam Allahverdiyev Beyləqan rayon Məhkəməsinin əli ilə Samir Şərifovu aldatmaq qərarına gəlib
Azəbaycanda
məmurların tutduqları vəzifələri qorumaq üçün müxtəlif vasitələrdən
istifadə etmələri barədə illərdi ölkə mətbuatı yazır. Ölkə məmurları
üçün vəzifə o qədər vaz keçilməz hala gəlib ki, onlar postlarını qorumaq
üçün hətta maraqlı addımlar atmaqla rollara da girirlər.
AzToday.az
xəbər verir ki, sosial şəbəkədə Beyləqan maliyyə idarəsinin müdiri
İslam Allahverdiyevlə bağlı ilginc məlumat yayılıb. Həmin məlumatda qeyd
edilir ki, 65 yaşı tamam olmasına az qalan İslam Allahverdiyev
vəzifəsini qorumaq üçün heç kəsin ağlına gəlməyəcək addım atıb. Bu addım
isə dedektiv əsərlərdə oxuduğumuz kimi yaşını kiçiltməsidi. Məlumatda
yazılır ki, İslam Allahverdiyev Beyləqan rayon Məhkəməsinin “köməkliyi”
ilə yaşını təxminən 3 yaş kiçildib. Yəni məhkəmə qərara gəlib ki,
maliyyə idarəsi müdirinin təvəllüdü texniki səhv nəticəsində düz
yazılmayıb. Məhkəmə İslam Allahverdiyevin yaxın adamlarının şahid kimi
dinləyib və onun yaş təvəllüdünün düzəldilməsi ilə bağlı qərar çıxardıb.
Maraqlı və möcüzəvi deyilmi?
Yəni
Maliyyə idarəsi müdiri İslam Allahverdiyev təvəlüdünün səhv yazılmasını
niyə indi dəyişir ki? Bu sualın cavabı isə çox məntiqlidir. Belə ki,
İslam Allahverdiyevin özünü 3 yaş “kiçilt”məklə Samir Şərifovun
rəhbərlik etdiyi nazirlikdə daha üç il rahat şəkildə işləməyi
planlaşdırır. Ağıllı ideyadı, əhsən…
AzToday.az-a
daxil olan məlumatda iddia olunur ki, İslam Allahverdiyevin vəzifədə
qalmaq üçün yaşını azaltması prosesində əsas iştirakçılardan biri də
Beyləqan Məhkəməsinin hakimi Nəsrulla Əliyev olub. Həmçinin, bu
saxtakarlıqda Tibbi Sosial Ekspert Komisiyasınıb müdiri Malik Mahmudovun
da əli olub.
Məsələ ilə bağlı araşdırmalarımız davam edir. Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
Ana səhifə / Aktual / Məmur vəzifədə qalmaq üçün yaşını kiçildib – Azərbaycanda görünməmiş saxtakarlıq
Həmçinin oxuyun
Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR
Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …