Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Aktual / Məmur balaları Bakıda yolu bağlayıb, şampan partlatdılar – Prospektdə hərəkət dayandı/ VİDEO

Məmur balaları Bakıda yolu bağlayıb, şampan partlatdılar – Prospektdə hərəkət dayandı/ VİDEO

Sosial şəbəkələrdə Bakının mərkəzi küçələrindən birində gur hərəkətin olduğu tuneli bağlayaraq, bir dəstə gəncin dəlisov əyləncəsini əks etdirən video yayılıb.
BakuPost xəbər verir ki, bahalı avtomobillərdən düşmüş gənclər toy karvanı ilə tuneldəki yolu kəsərək, rəqs ediblər və birbaşa yolun ortasında atəşfəşanlıq təşkil ediblər.
Yolda nəhəng tıxac yaransa da, gənclər şənliklərini davam etdiriblər və faktiki olaraq, prospektdə hərəkəti iflic halına salıblar. Kadrlarda tunelin girişində gözləmək məcburiyyətində qalmış onlarla avtomobil görünür.
Gənclərin şəxsiyyəti barədə heç bir məlumat yoxdur, lakin bildirilir ki, bunlar öz dostlarının toyunda bu cür əylənmək fikrinə düşmüş məmur balalarıdır.

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …