Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Aktual / Məktəblərin tamamilə distant təhsilə keçməsi gündəmdə deyil – Nazirlik

Məktəblərin tamamilə distant təhsilə keçməsi gündəmdə deyil – Nazirlik

Bu gün məktəblərin tamamilə distant tədrisə keçirilməsi gündəmdə deyil.

Bunu Trend-ə açıqlamasında Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarəolunması şöbəsinin müdir əvəzi Orxan Abbasov deyib.

O bildirib ki, çünki məktəblərdə koronavirusla əlaqəli kritik vəziyyət yoxdur: “Əgər bu barədə hər hansı qərar qəbul edilsə, ictimaiyyətə əvvəlcədən məlumat veriləcək. Bu günə olan məlumatlar vəziyyətin gərgin olmadığını göstərir”.

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …