Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Aktual / Məktəbdə özünü yandıran “zavuç” öldü

Məktəbdə özünü yandıran “zavuç” öldü

Neftçala rayonunda özünü yandıran məktəb direktorunun müavini xəstəxanada ölüb.

“Azinforum.az ” ın report-a istinadən məlumatına görə, Neftçala şəhər 4 saylı tam orta məktəbində təsərrüfat işləri üzrə direktor müavini işləyən, 63 yaşlı Alik Mustafa oğlu Novruzovu Bakıdan dəvət olunan həkim və mütəxəssislər müayinə ediblər.

Neftçala Rayon Mərkəzi Xəstəxanasının (RMX) baş həkimi Telman Zahidov bildirib ki, xəstənin vəziyyətinin ağır olduğundan Bakıya göndərilməsi mümkün olmayıb:

“Respublika Yanıq Mərkəzindən xəstəxanaya həkim və mütəxəssislər çağırılıb və onlar Alik Novruzovu müayinə ediblər. Müalicə işləri düzgün aparılıb. Sadəcə xəstənin vəziyyəti ağır olduğundan onun həyatını xilas etmək mümkün olmayıb”.

Qeyd edək ki, Neftçala şəhərinin M.Ə.Rəsulzadə küçəsində yaşayan, şəhər 4 saylı tam orta məktəbində təsərrüfat işləri üzrə direktor müavini işləyən, A.Novruzov məktəbin qazanxanasında özünə od vuraraq yandırıb. Bundan xəbər tutan məktəbin pedaqoji kollektivinin səyi nəticəsində alov söndürülüb və hadisə yerinə gələn təcili yardım maşını ilə A.Novruzov Neftçala RMX-ya çatdırılıb. Ona 4 dərəcəli termiki total yanığı alıb. Dörd qız atası olan Alik Novruzovun külli miqdarda borcu olduğu üçün özünü yandırdığı ehtimal olunur.

Faktla bağlı araşdırma aparılır.

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …

Bir cavab yazın