Ana səhifə / Aktual /  MƏHKƏMƏ TİBBİ EKSPERTİZA MƏRKƏZİNİN İŞÇİSİ FAİZƏ PUL VERİR – ŞOK

 MƏHKƏMƏ TİBBİ EKSPERTİZA MƏRKƏZİNİN İŞÇİSİ FAİZƏ PUL VERİR – ŞOK

Azinforum.az-a Məmmədova Kamilə Azad qızı adlı vətəndaş müraciət edərək yaxın qohumları tərəfindən onun başına gətirilən müsibətdən söz açıb. Şikayətçi redaksiyamıza təqdim etdiyi yazılı şikayətində bildirir ki, doğma xalası qızları onu şərləmək istəyir :

“Mən ali təhsilli müəlliməyəm. Barəsində söz açacağım iki bacı isə mənim xalam qızlarıdır. Onlar mənim səmimiyyətimdən və qohumluq əlaqəmizdən istifadə edərək, başıma olmazın müsibətini gətiriblər.  2011-ci ildə mənimlə bir yerdə müəllimə işləyən Abbasova Rəfiqə Nadir qızı pula ehtiyacının olduğu  dedi. Mən qohumlarım olan bacıların faizə pul verdiyini bilirdim. Onlardan yüksək faizlə pul götürüb iş yoldaşıma verdim. Müxtəlif vaxtlarda onlardan götürdüyüm pulun məbləği 10 min manata yaxın oldu. Elə həmin vaxtdan da Rəfiqə xanım faizləri ödəməyə başladı. Ehtiyacı olduğu səbəbindən Rəfiqə xanım pulu çətinliklə ödəyə bilirdi. Baçılara ödənilən pullar isə yalnız faizə çıxılırdı. Axırda iş yoldaşım məcbur qalıb öz evini də satıb onlara ödədi. Mən, qohumlarıma bildirdim ki, artıq bu adamın pulu ödəməyə güçü çatmır və indiyə qədər sizə verdiyinizdən qat-qat artıq pul qaytarıb. Onlar razılaşmadı. Maraqlıdır ki, onlar faizi ədədi silsilə kimi hesablayır. Ödənilməyən faiz əsas borcun üzərinə gəlir, gələn ay isə ümumi məbləğin faizi hesablanır. Görəndə ki, faizlər ödənilmir, məni hədələməyə başladılar. Faizə pul verənlərdən biri, Səmədova Ceyran Adilxan qızı Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Mərkəzində çalışırOnun Xanım adlı baçısı isə, Qara Qarayev adına uşaq xəstəxanasında tibb baçısı işləyir. Ceyran məni prokurorluq və məhkəmə ilə hədələyir. Deyir ki, əli hər yerə girir, mənim başıma oyun açdıracaq. Təəssüflər olsun ki, indi onun dediklərinin yavaş-yavaş mümkün olduğunu görürəm. Nəsimi rayon Məhkəməsi həmin adamın adından mənə qarşı qaldırılan borcun ödənilməməsinə dair mülki iddianı heç bir qanuni əsas olmadan öz icraatına götürüb. Bizim xəbərimiz olmadan hətta hazırlıq iclası da keçirilib. Sonradan bizə zəng vurub deyiblər ki, sentyabrın 29-da növbəti proses olacaq. Çox gülməlidir ki, Ceyran tərəfindən qaldırılan iddiada güya mənim ondan 38.400 manat alıb ödəmədiyim bildirilir. Bunu sübut edən dəlil kimi isə ortaya heç bir notariat müqaviləsi və ya başqa möhtəbər sübut qoymur. Saxta iddiaçı yalnız özü ilə şərik olan baçısını və digər qohumlarını şahid kimi göstərir. Mən, öz vətəndaş  və qanunun imkan verdiyi hüquqlarımdan istifadə edib daha yuxarı Məhkəmə instansiyasında Nəsimi Məhkəməsi tərəfindən icraata götürülən iddianın hüquqi mübahisə predmeti olmadığını sübüut edəcəm. Hesab edirəm ki, Səmədova Ceyran  işlədiyi qurumun səlahiyyətindən istifadə edərək məni şərləmək istəyir. Tam məsuliyyəti ilə deyirəm ki, mən ondan pul almışam, ancaq bu pul mənə faizə verilib. Həmin pul da artıqlaması ilə onlara qaytarılıb. Mən, saytınız vasitəsilə üzümü Ceyranın calışdığı qurumun rəhbəri Şakir Musayevə tuturam və ondan xahiş edirəm ki, bu adamın işlədiyi yerin nüfuzuna yaraşmayan hərəkətlərini öz nəzarətinə götürsün. Faizə pul verib ehtiyacı olan iki müəllimənin qanını sormaq  dövət qulluqcusuna yaraşmaz. Bu əməl eyni zamanda qanunvericiliklə də qadağan olunur”.

Azinforum.az  şikayətdə adı çəkilən Abbasova Rəfiqə Nadir qızı ilə də əlaqə saxlayıb. O, saytımıza açıqlamasında bildirdi ki, Məmmədova Kamilə müxtəlif vaxtlarda öz xalası qızlarından ona faizə pul götürüb verib: “Mənim nəyim vardı əlimdən aldılar. İndi də əl çəkmirlər. Artıq verməyə heç nəyin qalmayıb. Onların əlindən məcbur olub iş yerimi də dəyişmişəm. Əslində, mən onları məhkəməyə verməliyəm.  Dəfələrlə zəng edib məni tutduracaqları ilə hədəlyiblər.  Axı, mən aldığım pulu iki dəfə artıq qaytarmışam. Daha nə istəyirlər? Mən bilmirəm, bunlar kimə arxayın olub belə hərəkət edir? Ceyran dəfələrlə məni işlədiyi yerlə, malik olduğu əlaqələri ilə hədələyib”.

Azinforum.az olaraq qeyd edirik ki,  şikayətçi tərəfindən faizə pul verdikləri iddia olunan baçılar tərəfindən faizlərin alınmasına dair yazılı qeydlərə və başqa sənədlər də təqdim olunub. Yazıda adları çəkilən Ceyran və Xanım Səmədova bacılarının da mövqeyini dinləməyə hazırıq. Araşdırmamız davam edir…

 

Həmçinin oxuyun

Quru sərhədlərin açılmaması ilə bağlı yeni versiyalar: Hökumət nədən çəkinir?

Azərbaycanın quru sərhədlərinin daha üç ay bağlı qalması ilə bağlı qəbul edilən axırıncı qərardan sonra …

Bir cavab yazın