Ana səhifə / Aktual / Məhərrəm Qurbanov vəfat etdi

Məhərrəm Qurbanov vəfat etdi

Akademik Musiqili Teatrın aktyoru Məhərrəm Qurbanov vəfat edib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, o, bu gün 60 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Məhərrəm Qurbanov 2 gün öncə beyin insultu keçirdiyi üçün Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilmişdi.

Qeyd edək ki, M. Qurbanov 1996-cı ildən Azərbaycan Dövlət Akademik Musiqili Teatrında çalışıb. Saysız-hesabsız tamaşalarda müxtəlif obrazlar canlandıran sənətkar “Qız qalası”, “Ərazi”, “Ayrılıq imiş”, “Axırıncı yol”, “Son nəfəsədək” və s. filmlərdə rol alıb. 

Həmçinin oxuyun

Quru sərhədlərin açılmaması ilə bağlı yeni versiyalar: Hökumət nədən çəkinir?

Azərbaycanın quru sərhədlərinin daha üç ay bağlı qalması ilə bağlı qəbul edilən axırıncı qərardan sonra …