Şənbə , Aprel 20 2024
Ana səhifə / Aktual / Məhəmməd Hadi küçəsində tıxac nə vaxt bitəcək? – Rəsmi cavab

Məhəmməd Hadi küçəsində tıxac nə vaxt bitəcək? – Rəsmi cavab

Paytaxtın Xətai rayonunun Məhəmməd Hadi küçəsində təmir işləri davam etdirilir.

Bu barədə Trend-ə açıqlamasında “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib.

Qurum rəsmisi bildirib ki, hazırda küçədə əsaslı təmir işləri aparılır:

“Xalqlar Dostluğu” metrostansiyasının yaxınlığından “Əhmədli” metrostansiyası istiqamətinə olan yolda, yəni M.Hadi küçəsində təmir işləri 1 ay müddətinə yekunlaşacaq. Yolda kommunikasiya xətləri də dəyişdirilir, yol yüksək keyfiyyətlə təmir olunur”.

A.Nəcəfli bildirib ki, Məhəmməd Hadi küçəsinin sözügedən hissəsi istifadəyə veriləndən sonra “Əhmədli” metrostansiyasından Ukrayna dairəsinə qədər olan hissəsi, daha sonra Ukrayna dairəsindən metronun “Həzi Aslanov” stansiyasına qədər olan hissələri yenidən qurulacaq.

Həmçinin oxuyun

Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir – VİDEO

İşğaldan azad edilmiş ərazilərdə daha bir mühüm strateji obyekt tam Azərbaycanın nəzarətinə keçəcək. Bunu açıqlamasında …