Cümə , Aprel 19 2024
Ana səhifə / Aktual / Mədət Quliyev oğlunun klip təqdimatında – Fotolar

Mədət Quliyev oğlunun klip təqdimatında – Fotolar

Bu gün müğənni Nigar Camalın “Get həyatımdan” adlı klipinin təqdimatı olub.

“Qafqazinfo” xəbər verir ki, Orxan Abrahanovun rejissorluq etdiyi ekran işində Dövlət Təhlükəsizlik Xidmətinin rəisi, general-polkovnik Mədət Quliyevin oğlu Murad Qulubəyli də rol alıb. Elə layihənin təqdimatında Mədət Quliyev də iştirak edib.

Murad Quliyev klipin təqdimatından əvvəl KİV nümayəndələrinin suallarını cavablandırıb, atasının onu daim dəstəklədiyini bildirib.

Nigar isə layihənin 1 gün ərzində çəkildiyini, özü şəxsən klipdə rol almaq üçün Murada təklif etdiyini qeyd edib. 

Daha sonra Mədət Quliyev çıxış edib. O, hər kəsi Novruz bayramı münasibəti ilə təbrik edib: “Mən gənclərə baxanda fəxr edirəm. Tam olaraq müstəqil fikri olan gənclərsiz. Sizin hamınızı təbrik edirəm”.

Həmçinin oxuyun

Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir – VİDEO

İşğaldan azad edilmiş ərazilərdə daha bir mühüm strateji obyekt tam Azərbaycanın nəzarətinə keçəcək. Bunu açıqlamasında …