Cümə , Aprel 19 2024
Ana səhifə / Mətbuata girov prokuror barədə məlumat yaymaq qadağan edildi

Mətbuata girov prokuror barədə məlumat yaymaq qadağan edildi

Türkiyənin baş naziri Əhməd Davudoğlu KİV-lərə prokuror Səlim Kirazın İstanbulda girov götürülməsi barədə məlumat dərc etməyi qadağan edib.

“Anadolu” agentliyinin verdiyi məlumata görə, qadağa Ali Radio və Televiziya Şurası haqqında qanunun müvafiq maddəsinə uyğun tətbiq edilib.

Həmin maddəyə əsasən, fövqəladə vəziyyətlərdə məlumat yayımı məhdudlaşdırıla bilər.

Qeyd edək ki, bu gün naməlum silahlı şəxslər İstanbul prokurorluğunun binasında prokuroru girov götürüblər. Hazırda jandarmeriya qüvvələri prokurorluq binasının ətrafındadırlar.

Telekanalın məlumatına əsasən, girov götürülmüş prokuror Səlim Kiraz ötən il martın 11-də Türkiyədə kütləvi etiraz aksiyaları zamanı qətlə yetirilmiş Berkin Əlvanın ölümü ilə bağlı işi aparıb.

İlkin məlumata görə, prokuroru girov götürən şəxslər qeyri-qanuni solçu qruplaşmanın üzvləridir (“Trend”).

 

Həmçinin oxuyun

Neftin qiymətində olan artım maaş və pensiyalara təsir edəcək? – VİDEO  

Hazırda dünya bazarında brend markalı neftin qiymətində artımlar müşahidə olunur. Bəs bu artımlar pensiya və maaşların …

Bir cavab yazın