Ana səhifə / Aktual / Mətbuat Şurası İdarə Heyətinin üzvündən merə sərt ittiham: “Hacıbala Abutalıbov o qədər həddini aşıb ki…” (ÖZƏL)

Mətbuat Şurası İdarə Heyətinin üzvündən merə sərt ittiham: “Hacıbala Abutalıbov o qədər həddini aşıb ki…” (ÖZƏL)

Azinforum.az xəbər verir ki, Mətbuat Şurası İdarə Heyətinin üzvü, “Paralel” qəzetinin baş redaktoru, əməkdar jurnalist Tapddıq Abbas Bakı şəhərinin meri Hacıbala Abutalıbovun ünvanına sərt ittihamlar səsləndirib. Tanınmış jurnalist öz Feysbuk səhifəsində belə bir status paylaşıb:

“Hacıbala Abutalıbov o qədər həddini aşıb ki, 200- dən çox ailənin yaşadığı köhnə binanın zirzəmisini 100 min manata Maştağalı bir hacıya satıb. O da verdiyi pulu iki-üçqat çıxarmaq üçün binanın zirzəmisində qanunsuz böyük qazıntı işi aparıb, binanın ətrafında əlavə tikinti işləri görüb və hətta küçəni bir neçə metr zəbt edib!!! Kişi qaz vurub qazan doldurmaq və Hacıbalaya verdiyi 100 mini çıxarmaq üçün binanın birinci mərtəbəsində ŞİRNİYYAT sexi(!!!!) tikməklə məşğuldur!!! Deməli, bu binanın bir partlayışla havaya uçması üçün əla şərait yaranıb!!! Görəsən, Hacıbalanın bu işindən ölkə Prezident xəbər tutsa, ona əlavə bir “Şöhrət” ordeni də verəcəkmi?!!! Özü də , Hacıbala Abutalıbov bu işi Yasamal rayonu, Nazim Hikmət küçəsi 26-da, Yasamal RİH – nin başçısı İbrahim Mehdiyev xəbəri olmadan görür!!!”

Qarşı tərəfin də fikirlərinə yer verməyə hazırıq.

st

 

t1

t2

t3

t4

Həmçinin oxuyun

Azərbaycanlı qardaşlardan inanılmaz iddia: Daimi mühərrik yaratdıqlarını deyirlər

Köçəri və Məhəbbət Əmiraslanlı qardaşları əslən Kəlbəcər rayonundan olsalar da məcburi köçkün kimi Oğuz rayonunun …

Bir cavab yazın