Çərşənbə , Oktyabr 28 2020
Ana səhifə / Aktual / Mətbuat Şurası 6 qəzetin adını “qara siyahı”dan çıxarıb

Mətbuat Şurası 6 qəzetin adını “qara siyahı”dan çıxarıb

Bu gün Azərbaycan Mətbuat Şurasının “Reket jurnalistika”ya qarşı mübarizə və Apellyasiya Komissiyalarının birgə iclası keçirilib.

Şuradan verilən məlumata görə, iclasda Şuranın Şikayətlər üzrə Komissiyasının “Təzadlar” qəzeti ilə bağlı “Reket jurnalistika”ya qarşı mübarizə Komissiyasına ünvanladığı təqdimat ətrafında müzakirə aparılıb.

Müzakirə zamanı bildirilib ki, “Təzadlar”ın fəaliyyətində “Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları”nın prinsiplərinin pozulması halları davamlı hal almaqdadır. Qəzetin adı vaxtilə Şuranın “qara siyahı”sında yer alıb.

Qeyd olunub ki, qəzetlə bağlı Mətbuat Şurasına son bir il ərzində intensiv müraciətlər daxil olub və qəzet Şuranın Şikayətlər üzrə Komissiyasının tövsiyələrinə əhəmiyyətsiz yanaşıb. Buna görə də təklif edilib ki, “Təzadlar” qəzetinin adı yenidən Şuranın “qara siyahı”sına daxil edilsin.

Apellyasiya Komissiyası tərəfindən “Ailə”, “Avrotayms”, “Bakı press”, “Güzgü”, “Dünya kriminal” və “Obyektiv fikir” qəzetlərinin adlarının Şuranın “qara siyahı”sından çıxarılması təklif olunub. Nəzərə alınıb ki, sözügedən nəşrlər barədə uzun müddətdir Şuraya şikayətlər daxil olmur, bəziləri artıq fəaliyyətini dayandırıb.

Bununla bağlı qərar yekdilliklə qəbul edilib.

Həmçinin oxuyun

Hadrutda qalmış erməni qadın: “Məni zirzəmidə qazsız, susuz, çörəksiz qoydular” — VİDEO

“Mən, Babayan Jenya Pavlovna 21 mart 1935-ci ildə anadan olmuşam. Biz həmişə azərbaycanlılarla birgə yaşamışıq. …