Cümə axşamı , İyun 20 2019
Ana səhifə / Aktual / “Mətanət A” şirkətinin rəhbəri yaxın qohumunu prokurorluğa verib – İttihamlar + Rəsmi cavab

“Mətanət A” şirkətinin rəhbəri yaxın qohumunu prokurorluğa verib – İttihamlar + Rəsmi cavab

Mia.az-a Lerik sakini Altay Bayramov tərəfindən şikayət məktubu daxil olub.
O, məktubunda qeyd edib ki, vaxtı ilə işlədiyi “Mətanət A” şirkəti, daha dəqiqi, onun rəhbəri olan bibisi oğlu Elxan Bəşirov haqda sosial şəbəkələrdə bir sıra yazılar gedib: “Bu yazılara görə məndən şübhələnən Elxan Bəşirov məqsədli şəkildə  Bakı şəhər Prokurorluğuna şikayət edib.  Şikayətdə Mətanət-A şirkətində çalışdığım dövrdə güya mənimsəmə etmişəm. Əgər Elxan Bəşirov cibimə narkotik maddə atdırıb məni tutdurmasa, bu barədə geniş olaraq mətbuat konfransı keçirib hər şeyi ictimaiyyətə çatdıraram.Bu qanunsuz şikayətə görə  01.03.2019-cü il tarixində Bakı şəhər prokuroru  İlqar Abbasovun qəbul günü olduğu üçün qəbula  ərizə ilə gedərək onunla görüşmək istədim. Məni İlqar Abbasov deyil,İstintaq idarəsinin rəisi Rəşad Mansurov(özünü belə təqdim etdiyinə görə) girişdə polisin otağında qəbul etdərək  ərizəni oxumağa başladı. Rəşad Mansurov ərizəni oxuyar-oxumaz başladı Elxan Bəşirovla müstəntiq Abdulla Abdullayevi tərifləməyə. Bir anlığa elə zənn etdim ki, ünvanı səhv salıb Elxan Bəşirovun şirkətinə getmişəm, ona görə də sual verdim ki, Bakı şəhər prokurorluğunda başqa müstəntiq yoxdurmu?! Mənə cavab olaraq bildirdi ki, Elxan Bəşirovun digər şəxslərlə olan prokurorluq işlərinə də Abdulla Abdullayev baxdığına görə Elxan Bəşirovla bağlı bütün işlər müstəntiq Abdulla  Abdullayevə yönəldilir…”.
Şikayətçi yazır ki, o, prokurorluqdan çıxan kimi, şəhər prokuroru  İlqar Abbasova teleqram göndərib, qəbul edilməsini xahiş edib: “Ola bilsin mənim teleqramım İlqar Abbasova çatmasın. Amma onu çox yaxşı bilirəm ki, Elxan Bəşirov sosial şəbəkəni satın ala bilməz. Ona görə də bunu sosial şəbəkələrdə ictimailəşdirməyə məcbur qaldım”.
Şikayətçi yazır ki, onunla bağlı şikayətə işlədiyi və qeydiyyatda olduğu Lerikdə baxılmalıdır: “Mənim haqqımda araşdırmaya Lerik rayon prokurorluğunda baxıla bilər. Çünki qanun belə tələb edir. Belə ki, mən “Mətanət A” şirkətinin cənub bölğəsi üzrə satış təmsilçisi işləmişəm və bura Cəlilabad, Masallı, Yardımlı, Lənkəran, Astara, Lerik aid olunur. Elxan Bəşirovun ərizəsində göstərdiyi müştərilərdən Lerikdən də müştərilər var. 
Mənim işsiz və Lerik rayonunda qeydiyyatda olmamı və səhhətimdə problemlərin olmasına görə bu işə Lerik rayon pokuroru baxmalıdır. Ayrıca Mətanət-A şirkətinin hüquqi unvanı Abşeron rayonunda yerləşir. Burdan tam  görünür ki, iş sifarişlidir. 
Burdan cənab Prezidentdən, Birinci Vitse-Prezidentdən, Baş Prokurordan, Daxili İşlər nazirindən, Dövlət Təhlükəsizlik Xidmətindən, Vergilər nazirindən və Ombudsmandan xahiş edirəm ki, Mətanət-A şirkətinin müşahidə şürasının sədri Elxan Bəşirovun qanunazidd hərəkətlərini, vergidən milyonlarla necə yayındığını, işçiləri necə şərlədiyini, döydürdüyünü sübut edən keçirəcəyim mətbuat konfransına qədər mənim təhlükəsizliyimin təmin edilməsi üçün lazimi tədbirlər görülməsi və bu işin baxılmasını Baş prokuror nəzarətə götürməklə, Lerik rayon prokuroruna həvalə olunmasına göstəriş verilməsini xahiş edirəm. Sübutları Elxan Bəşirov yox etməsin deyə, iştimaiyyətə çatdırandan sonra lazımı istintaq orqanlarına təhvil verərəm…”.

Məsələ ilə bağlı Mia.az-a açıqlama verən “Mətanət-A” şirkətinin Hüquq şöbəsinin müdiri Gülxanım Xəlilova Altay Bayramovun iddialarını yalan olduğunu deyib.
Şirkət rəsmisinin sözlərinə görə, Altay Bayramov “Mətanət-A” şirkətində satış təmsilçisi kimi işlədiyi dövrdə külli miqdarda mənimsəmə əməli törədib: “Bütün bunlar Bayramov Altayın özünün iştirakı və izahatı ilə, müştəri izahatları ilə, müstəqil auditor rəyi  ilə təsdiqlənib. 
Həmin tarixdən bəri Bayramov Altay Ərəstun oğlu dəfələrlə şirkətə dəyən zərərin əvəzini ödəməyi vəd etsə də, dəymiş ziyan indiyədək ödənilməmişdir. Ona görə də, Bayramov Altay Ərəstun oğlunun vəzifəsindən sui-istifadə etməklə, yol verdiyi mənimsəmə əməllərinə hüquqi qiymət verilməsi və “Mətanət A” şirkətinə  vurulmuş ziyanın aradan qaldırılması üçün iş Bakı şəhər Prokurorluğuna  göndərilib”.

Şikayətçinin işə niyə Lerik, yaxud Abşeronda deyil, Bakı şəhər Prokurorluğunda baxılmasına barədə narazılığına gəldikdə isə, şirkət rəsmisi deyib ki, “Mətanət –A” şirkətinin hüquqi ünvanı Bakı şəhərində yerləşir: “Bu faktı Vergilər Nazirliyinin rəsmi saytından da dəqiqləşdirə bilərsiniz. Ona görə işə qanunvericiliyə uyğun olaraq Bakı şəhər Prokurorluğunda baxılmalıdır”.
Sonda isə şirkətin hüquqşünası bildirib ki, Altay Bayramovun  digər iddiaları da əsassızdır: “Öz qanunsuz əməllərini aradan qaldırmaq əvəzinə, Altay Bayramovun “Mətanət-A” şirkətinin rəhbərliyi və öz vəzifələrini icra edən dövlət orqanları haqqında qarayaxma və böhtan  xarakterli, heç bir əsası olmayan iddiaları tamamən əsassızdır”.

Həmçinin oxuyun

Azərbaycan əhalisi ən çox ərzaqa pul xərcləyir – Statistika

2019-cu ilin yanvar-may aylarında pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri əvvəlki ilin eyni dövrünün səviyyəsini …