Bazar , Sentyabr 22 2019
Ana səhifə / Aktual / Mətanət Əsədova məşhur falçı ilə görüntülərindən danışdı: “Yaxşı edib oxumuşam” – VİDEO

Mətanət Əsədova məşhur falçı ilə görüntülərindən danışdı: “Yaxşı edib oxumuşam” – VİDEO

“O videoda nə var?! Yaxşı edib oxumuşam, mənim işim oxumaqdır. Ev yıxmıram, cadu etmirəm”. Bu sözlər baxıcı Molla Məmmədsəfa ilə görüntüləri yayılan Mətanət Əsədovaya məxsusdur.

Müğənni BAKU.WS-ə açıqlamasında, sözügedən videonun yayılmasından qətiyyən narahat olmadığını bildirdi: 

“Hə, nə olsun ki, görüntülər yayılıb? O kişinin yanına müalicə üçün getmişəm. Allah köməyi olsun, müalicəsinin xeyirini görmüşəm, qabağında oxudum. Kim nə istəyir yazsın, kim nə istəyir desin. Vəssalam!”

***10:30:07

Müğənni Mətanət Əsədova cənub bölgəsində baxıcı kimi məşhur olan Molla Məmmədsəfanın qəbuluna gedib. 

BAKU.WS
-in əldə etdiyi görüntülərdə Məmmədsəfanı döşəyin üstündə yayxanmış vəziyyətdə, Əsədovanı isə onun ayaqları altında bardaş qurduğunu görürük.

İfaçı ilə falçı arasındakı dialoqu təqdim edirik:

Məmmədsəfa: – Min dərd var, məndə min beş yüz dərman var. Bir dəfə də oxu, get! 

Mətanət Əsədova: – Hə, oxuyum, sonra baxarsan da.

– Orada, o o…ların yanında necə oxuyurdun, mənimçün də elə oxu.

– Nə oxuyum səninçün? Mahnı, yoxsa muğam?

Həmçinin oxuyun

“Uşaqpulu verilməlidir, Prezidentə yalan məlumat verməyin”

Milli Məclisin sabiq YAP-çı deputatı Gülər Əhmədova uşaqpulunun verilməsi ilə bağlı Azərbaycan hökumətinə çağırış edib.  …