Şənbə , İyul 4 2020
Ana səhifə / Məşhurların instaqram müharibəsi… – Saxta izləyici satın alan var

Məşhurların instaqram müharibəsi… – Saxta izləyici satın alan var

Azərbaycanda şou-biznes nümayəndələrinin ən çox istifadə etdiyi sosial şəbəkələr sırasında instaqram xüsusi əhəmiyyət kəsb edir.

Tanınmış simalar yeni layihələrə imza atmaq yerinə instaqramda izləyici sayının artımına diqqət ayırırlar. Hətta izləyici sayının çoxluğu ilə lovğalananlar var.

Follower müharibəsində saxta ( fake) izləyicilərin satın alınmasına belə əl atanlar olur. Virtual aləmdə aktiv olan incsənət nümayəndələri müəyyən məbləğdə pul ödəyərək xarici izləyiciləri satın alma imkanı qazanırlar.

Bunu bilmək üçün məşhurları bəyənən və izləyən şəxsləri nəzərdən keçirmək mümkündür. Məsələn, onların paylaşımını bəyənən 100 nəfərdən 70-i xarici ölkə vətəndaşıdır. Günay İbrahimli, Ayaz Qasımov kimi müğənnilər instaqram Azərbaycanda yeni populyarlaşmaya başlayanda bu yola əl atmışdılar.

Ancaq instaqram sosial şəbəkəsənin digər müsbət cəhəti o oldu ki, ölkənin tanınmış simalarını sevənlərinin sayı əyani sübutla göstərilir.

“Qafqazinfo” kiçik araşdırma apararaq ən çox izləyicisi olan məşhurların adlarını müəyyənləşdirib:

1) Zaur və Günay Baxşalıyeva- 498 min

2) Sevil-Sevinc Səfərova- 493 min

3) Röya Ayxan- 481 min

4) Günay İbrahimli-449 min

5) Xatirə İslam- 392 min

6) Sevda Yəhyayeva- 379 min

7) Vüsalə Əlizadə- 297 min

 

8) Oksana Rəsulova-293 min

9)Natavan Həbibi-184 min

10) Aygün Kazımova- 260 min

Həmçinin oxuyun

“Belə görüşləri olduqca əhəmiyyətli hesab edirəm” – Arzuxan Əlizadə

“Bu gün Prezident Adminstrasiyasında Siyasi Partiyalar və Qanunvericilik Hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri hörmətli Ədalət …

Bir cavab yazın