Çərşənbə axşamı , Oktyabr 20 2020
Ana səhifə / Məşhurlar harada dincəlir? – Biri İsveçdə, digəri Mərdəkanda…

Məşhurlar harada dincəlir? – Biri İsveçdə, digəri Mərdəkanda…

Yayın qızmar çağını yaşayırıq. Hamı istirahətə, dincəlməyə can atır. Kimi bağda, kimi də xaricdə dincəlir. Günlərlə gərgin rejimdə çalışan, gecəsini gündüzə qatıb filmə, seriala çəkilən, kliplər çəkdirən, tamaşada oynayan tanınmışlar harada istirahət edirlər?

Müğənni Almaz Ələsgərli hazırda İsveçdə olduğunu deyib: “Qızımın yanında dincəlirəm”.

Xalq artisti, aktrisa Firəngiz Mütəllimova isə vaxtını evdə keçirir: “Sentyabra qədər vaxt var. Hava isti olduğuna görə, evdən çıxa bilmirəm. Planımda hələlik heç nə yoxdur. İsti aylarda çətin olur. Günün altında gəzmək olmaz. Buna görə də evdə oluram. Beyin əməliyyatı keçirmişəm, mənə isti pis təsir edir”.

Aktyor, Xalq artisti Rafiq Əzimov öz bağında istirahət etdiyini söyləyib.

“Mərdəkanda bağ evimdə dincəlirəm. Buranın havası təmizdir. Bağda səhərlər ağacları sulayıram. Teatrda iş zamanı konkret qrafiki saxlaya bilmirəm. Amma iki aydır ki, dəqiqliyi ilə rejimimi qoruyuram, vaxtında yatıb, vaxtında dururam. Əsəblərimi qoruyuram. Səhər idmanımı edirəm, bağın içində gəzişirəm. Nəvələrim, gəlinim, oğlum yanımdadır”.

Müğənni Bilal Əliyev isə hələ də iş başındadır. “Tədbirlərə, toy məclislərinə görə, Bakıdan heç yana gedə bilmirəm. Bəlkə Məhərrəmlik ayında dincəldim”.

Əməkdar artist Baloğlan Əşrəfov Azərbayacanın rayonlarında və doğulduğu dədə- baba evində dincəldiyini bildirib.

Rejissor, Əməkdar artist Nicat Kazımov yayın sonuncu ayı olsa da, istirahətə yollanmayıb.

Aktyor Hacı İsmaylov hazırda Türkiyədə olduğunu deyib.

Xalq artisti Fuad Poladov da ölkə xaricindədir.

Aktyor Ramiz Məlikov isə gündəlik problemlərlə, qayğılarla məşğul olduğundan istirahətə gedə bilmədiyini deyib.

AzVision.az

Həmçinin oxuyun

Onun işi baş kəsmək, əsir qadınlara alçaqlıqlar törətmək, əsirləri işgəncəylə öldürmək idi…

Müharibənin getdiyi indiki dönəmdə xüsusi xidmət orqanlarının üzərinə böyük məsuliyyət düşür.        Gəncədə  …

Bir cavab yazın