Ana səhifə / Aktual / Məşhur vəkil fəaliyyətini bərpa edir

Məşhur vəkil fəaliyyətini bərpa edir

Azinforum.az xəbır verir ki, tanınmış vəkil Adəm Məmmədov öz “facebook” səhifəsindən yenidən fəaliyyətini bərpa etdiyini yazıb:

“Hörmətli həmvətənlər!

Prezidentimiz son fərman və sərancamları ilə, həqiqətən, Azərbaycanda yeni bir dönəmin başladığını elan edib ortaya siyasi iradə qoydu. Əsasən də, 03.04.2019-cu il tarixli məhkəmə-hüquq islahatlarının dərinləşdirilməsi haqqındakı son fərman məni bir neçə ay bundan əvvəl peşəkar vəkillik fəaliyyətimi dayandırmaq barədə qəbul etdiyim qərara yenidən baxmağa vadar etdi.


Mən peşəkar vəkillik fəaliyyətimə aktiv olaraq qayıtdım!
Gələcəkdə, onsuz da, mükəmməl olan bu fərmandakı müddəalara öz peşəkar münasibətimi bildirəcəm. 5 illik peşəkar fəaliyyətimdə 42 bəarət qərarının qəbul edilməsinə nail olmuş bir vəkil kimi, qarşınızda söz verirəm: bu yeni prinsipial dönəmdə yuxarıdakı göstəricilərimi artırmaqla bərabər, həm də vətandaşlarımızın ağrılı yeri olan bəzi hakimlər tərəfindən ədalətsizcəsinə pozulmuş mülki hüquqlarının bərpasında yaxından iştirak edəcəyəm.
Eyni zamanda layihə rəhbəri və aparıcısı olduğum “Hüquq və Ədalət” verilişi artıq bərpa olunur.

P.S. Daha geniş məlumat və düşüncələrimi media orqanlarında, həmçinin saytlarda sizinlə paylaşacağam”.

Həmçinin oxuyun

II dünya müharibəsi zamanı jurnalist kimi çalışan agent qadın – FOTOLAR

1940-cı ildə fransızların almanlara məğlub olması 6 həftə davam etmişdi. Protez ayaqlı agent qadın Virciniya …