Ana səhifə / Məşhur müğənninin qızı öldü – FOTOLAR

Məşhur müğənninin qızı öldü – FOTOLAR

Məşhur ifaçı Uitni Hyusuton və Bobbi Braunun yeganə qızı Bobbi Krsitina Braun iyulun 26-da vəfat edib.

 

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, 22 yaşlı Bobbi Kristina Braun 6 ay bundan əvvəl vanna otağında huşsuz tapılaraq xəstəxanaya yerləşdirilib. O vaxtdan etibarən mərhum müğənni Uitni Hyustonun qızı komada olub.

 

Həkimlərin sözlərinə əsasən, komaya düşən qızın beyni zədələnib. O, müxtəlif xəstəxanalara yerləşdirilsə də, vəziyyəti gündən-günə pisləşib. Ona görə, də Bobbi Kristina Braun son günlərini keçirmək üçün evə göndərilib.

 

İlkin ehtimallara görə, qız vətəndaş nikahında yaşadığı əri Nik Qordonla mübahisə etdikdən sonra komaya düşüb. Onun Bobbi Kristina Brauna bədən xəsarətləri yetirməsi də ehtimal olunur.

 

Qeyd edək ki, Nik Qordon 5 il bundan əvvəl vəfat etmiş Uitni Hyustonun himayəyə götürdüyü oğludur. İfaçının ölümündən sonra Hyustonun qızı və Nik Qordon görüşməyə başlayıb və bir-birini ər-arvad adlandırmağa başlayıb. Onların rəsmi nikahı olmayıb.

Həmçinin oxuyun

Ramiz Mehdiyev danışdı: “Cərimə olunmamışam, 60 il əvvəl maşın sürmüşəm”

Ötən gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) keçmiş prezidenti Ramiz Mehdiyev barəsində inzibati iş başlanması …

Bir cavab yazın