Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Məşhur müğənni qəzaya düşdü – Vəziyyəti ağırdır

Məşhur müğənni qəzaya düşdü – Vəziyyəti ağırdır

Bu gecə Gəncədən Bakıya qayıdarkən müğənni Şəbnəm Əsədova (Tovuzlu) Bakı-Qazax yolunda qəzaya uğrayıb.

Azinforum.az big.az-a istinadən xəbər verir ki, qəflətən qarşılarına çıxan “VAZ 21 07” avtomobili ilə toqquşan “Mercedes Viano” maşınında müğənnidən əlavə prodüseri və sürücüsü olub.

Təcili özəl xəstəxanalardan birinə yerləşdirilən zərəçəkmişlərdən – sürücü və prodüserin vəziyyəti orta, müğənninin isə orta ağır qiymətləndirilir. Müğənninin şok yaşadığı deyilir.

Daha sonra reanimasiyaya yerləşdirilən Şəbnəm Əsədovanı görmək istəyən həyat yoldaşı – müğənninin yanına buraxılmadığı üçün klinikanın personalı ilə dalaşıb.

Xatırladaq ki, bugün Şəbnəm Əsədovanın Mingeçevirdə “Sərin, sərin” adlı solo konserti baş tutmalı idi.

Həmçinin oxuyun

“Videomu paylaşıblar, məni biabır etmək istəyirlər?” – Cahangir Əsgərov DANIŞDI

“Mən artıq təqaüdə çıxmışam. Hazırda pensiya alıram”. Bunu “Unikal”a açıqlamasında “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) …

Bir cavab yazın