Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Məşhur gey Bakıya gəldi – Foto

Məşhur gey Bakıya gəldi – Foto

25 iyul konserti baş tutacaq.

 

Qafqazinfo” ölkə.az-a istinadən xəbər verir ki, Bolqarıstanın məşhur müğənnisi Azis iyulun 24-ü saat 05:20-də Bakıda Heydər Əliyev Beynəlxalq Hava Limanına enib. İyulun 25-i Bakıda Bolqarıstanda və dünyada ekstravaqantlığı ilə seçilən müğənni Azisin konserti keçiriləcək.

Qeyd edək ki, əsl adı Vasil Troyanov-Boyanov olan Azis pop-folk janrında oxuyur. O, musiqi karyerasına 1999-cu ildən başlayıb. Azis biseksualdır və bunu gizlətmir. Müğənni 2006-cı il oktyabrın 1-də oğlan sevgilisi Niki Kitaetslə qeyri-rəsmi nikaha girib. Bolqar ulduzun 2007-ci ildə keçmiş rəfiqəsi folk müğənni Qaladan Raya adlı qızı doğulub.

Xatırladaq ki, bir il öncə yerli mətbuatda Azisin Bakıda konsert proqramı ilə çıxış edəcəyi haqda xəbərlər yer almışdı. Lakin Azis şəxsi “Facebook” profilində status yazaraq konsert barədə xəbərləri təkzib etmişdi.

Azisin Bakıda ilk foto və videsunu təqdim edirik:

 

Həmçinin oxuyun

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu CƏRİMƏLƏDİ

“Qarabağ” FK-nın son günlər davamlı hal alan aqressivliyi ilə seçilən futbolçusu Elvin Cəfərquliyev baş məşqçi …

Bir cavab yazın