Cümə axşamı , May 13 2021
Ana səhifə / Aktual / Məşhur britaniyalı kloundan Əbülfəs Qarayevə açıq müraciət: “Teatra qarşı təzyiqlərə son qoyun”

Məşhur britaniyalı kloundan Əbülfəs Qarayevə açıq müraciət: “Teatra qarşı təzyiqlərə son qoyun”

Zimbabvedə böyüyüb-başa çatmış, tanınmış britaniyalı komik Kris Linam (Chris Lynam) Azərbaycan Respublikası Mədəniyyət Naziri Əbülfəs Qarayevə açıq müraciət edib.
Mia.az xəbər verir ki, dünyada tanınan aktyor ADO teatrı ətrafında son baş verənlərdən məyuslandığını bildirir: “Teatrın küçə tamaşaları ilə bağlı qoyduğunuz qadağanı qaldırmağı, teatra qarşı təzyiqlərə son qoymağı sizdən xahiş edirik. Bu teatrın Azərbaycan mədəniyyəti üçün böyük təkan olduğuna inanırıq. Düşünürük ki, teatrın küçədə tamaşa göstərməsi ölkənizin mədəniyyətində böyük inkişaf yaradacaqdır”.
Kris, kloun kimi 44 il bundan əvvəl şəhər küçələrində çıxış etməyə başlayıb. O, bütün dünyada “planetin ən təhlükəli gülməli adamı” kimi tanınır. O, Vyaçeslav Poluninin “Qar şousu” tamaşasında “Yaşıl” obrazı ilə bir çox tamaşaçıların yaddaşında qalıb. Aktyor 2018-ci ildə Bakıda da çıxış edib.

Həmçinin oxuyun

Bakı Gənclər Mərkəzi kollektivi “Ramazan sovqatı” aksiyası çərçivəsində qazi və şəhid ailələrini ziyarət edib

Bakı Gənclər Mərkəzi tərəfindən Müqəddəs Ramazan ayı boyunca “Ramazan sovqatı” adlı aksiya həyata keçirilərək “44 …