Şənbə , Oktyabr 31 2020
Ana səhifə / Aktual / Məşhur boksçunu qətlə yetirən Babək Həsənovun məhkəməsi düyünə düşüb

Məşhur boksçunu qətlə yetirən Babək Həsənovun məhkəməsi düyünə düşüb

Odessada rezonans doğuran qətldən – Ukraynalı məşhur boksçu Sergey Laşenkonun güllənməsindən artıq 5 ilə yaxın vaxt ötür. Lakin onu qəddarcasına qətlə yetimiş Babək Həsənov hələ də mühakimə edilməyib. Səbəb isə ilk baxışdan sadədir-Hüseynov ukrayna dilini bilmədiyini deyir və tərcüməçi tələb edir. Tərcüməçi isə “tapılmır”.

Bu barədə Ukrayna mətbuatı məlumat yayıb. Boksçunun qətlində ittiham olunan, onu şahidlərin gözü önündə güllələməkdə təqsirləndirilən 29 yaşlı azərbaycanlı Babək Həsənovdur.

Sözügedən qətl hadisəsi 2015-ci ildə aprelin 8-də Odessanın mərkəzindəki Yəhudi xəstəxanasında baş verib. Gecə saatlarında xəstəxananın qəbul məntəqəsinə üç yaralı gətirilib. Onlara tibbi xidmət göstərilən zaman “razborka” nı xəstəxanada çürütmək istəyən şəxs hamının gözü önünüdə tapançadan yaralılardan birinə – boksçuya on dəfə atəş açıb. S.Laşenko hadisə yerində ölüb, ona hücum çəkənlər isə “BMW” markalı avtomobilə minərək qaçıblar.

Qətli törətməkdə ittiham olunan Babək Həsənov istintaqdan qaçıb gizləndiyinə görə barəsində beynəlxalq axtarış elan edilib. 2017-ci ilin fevralında Rusiya ərazisində saxlanılan B.Həsənov Odessaya ekstradisiya olunub. Məhkəmənin qərarı ilə barəsində həbs-qətimkan tədbiri seçilib. Cinayət işi üzrə materiallar məhkəməyə göndərilib.

Məhkəmə isə artıq aylardır ki, təxirə salınır, faktiki olaraq işə baxılmır. Buna səbəb kimi təqsirləndirilən şəxs və onun müdafiəçisinin tərcüməçi ilə təmin edilməməsi əsas gətirilir. Qəribə odur ki, Ukraynada təhsil alan, Rusiyada daimi yaşamaq arzusunda olan B.Həsənovun rus və ukrayna dillərində anlamağı, qavramağı necə olubsa birdən-birə tamam “unudub”. Bu üzdən də məhkəmədən tərcüməçi ilə təmin edilməsini tələb edib. Mütəxəssis yoxluğu isə prosesin süni şəkildə uzadılmasını rəvac verib.

Bu müddət ərzində isə məhkəmə tərcüməçi axtarışları səbəbindən prosesi davam etdirə bilməyib. Məhkəmə Ukrayna və Azərbaycan dilini bilən tərcüməçi ilə təmin olunmaq üçün bir neçə dəfə Ukraynanın və Azərbaycanın Xarici İşlər Nazirliklərinə, həmçinin Ukraynadakı Azərbaycan səfirliyinə müraciət edib. Amma heç bir nəticəsi olmayıb.

Zərərçəkmiş tərəfin nümayəndəsi Yuliya Qavrlyuk isə dəfələrlə məhkəmədə təqsirləndirilən şəxsin hər iki dildə danışa bildiyini, sadəcə olaraq prosesi uzatmaq üçün bu cür üsüllara əl atdığın qeyd edib.

Məhkəmə iclaslarına qətl hadisəsinin şahidləri çağırılaraq dindirilib. Şahidlərin dindirilmə prosesi qapalı keçirilib. Onlar qorxduqlarını və ehtiyat etdiklərini gizlətməyiblər.

Dövlət ittihamçısı Svetlana Koleqreva deyib ki, şahidlər xəstəxanadakı qətli və digər detalları da təsdiqləyiblər.

Deyilənlərə görə, proses zamanı B.Həsənovun öz “dəstəkçi”ləri ilə söhbətləşməsi, məsləhətləşməsi zalda qarşırdurma yaradıb. Məhkəmə zalında nizam-intizamı təmin etmək istəyən nəzarətçilər təhqir edilib, təqsirləndirilən şəxs “danışığa çıxmaq” istədiyini bəyan edib və ara qarışıb…

Mərhumun yaxın dostu, tanınmış idmançı Vasiliy Lomaçenko da məhkəmədə çıxış edərək zərərçəkmişlərə dəstək olub. O, dəfələrlə həmin dövrdəki ölkə rəhbərliyinə sabiq prezident P.Paraşenkoya məktublar ünvanlayıb. Boksçu məhkəmə prosesinə diqqət yönəldilməsini, ədalətli və şəffaf keçirilməsini xahiş edib.

Lakin qeyd edildiyi kimi tərcüməçi yoxluğundan proses dəfələrlə təxirə salınıb. Dövlət ittihamçısı Svetlana Koleqreva məhkəmə iclasında lazımlı mütəxəssisin prosesə cəlb edilməsi ilə bağlı müxtəlif qurumlara müraciət etdiyini, amma müsbət nəticə əldə olunmadığını bildirib.

Növbəti məhkəmə prosesi fevralın 20-ə təyin edilib.

Hər kəsə məlumdur ki, bəzən təqsirləndirilən şəxs “ağır xəstəliyə” düçar olur, istintaq təcridxanasının sehrli qapıları onun üzünə açılır və az qala xəstəlikdən “öldüyü” bildirilən dustağın azadlıqda gəzib-dolaşdıqları məlum olur.

Göründüyü kimi tərcüməçinin çoxillik axtarışları nəticə vermir və məhkəmənin obyektiv araşdırılmasına süni əngəllər yaranmasına gətirib çıxarır…

Həmçinin oxuyun

Təmkinli Əliyev, özgüvənsiz Paşinyan… – Kimin əlləri daha etibarlı görünür?

İngiltərəli təlimçi və bədən dili mütəxəssisi Martin Nyuman Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri …