Cümə , Aprel 19 2024
Ana səhifə / Aktual / MƏŞHUR ANDROLOQ BURUN-QULAQ HƏKİMİ İLƏ NECƏ SƏHV SALINIB… – TƏSADÜF, YOXSA SİFARİŞ ? (MÜSAHİBƏ)

MƏŞHUR ANDROLOQ BURUN-QULAQ HƏKİMİ İLƏ NECƏ SƏHV SALINIB… – TƏSADÜF, YOXSA SİFARİŞ ? (MÜSAHİBƏ)

Azərbaycanda çox sayda özəl tibbi klinikalar fəaliyyət göstərir. Tez-tez onların fəaliyyəti barədə mediada neqativ məzmunlu məqalələrə rast gəlirik. “İş olan yerdə, nöqsan da olar” prinsipini əsas götürsək, buna normal yanaşmaq olar. Ancaq bəzən həmin klinikalar haqda elə məlumatlara rast gəlirsən ki, adamı dəhşət bürüyür. Barəsində daha çox neqativ məzmunlu məqalələrin yazıldığı özəl tibb klikalarından biri də “Laçın”dır.

 

l1

 

Ölkənin ictimai rəyində bu klinika daha çox sonsuzluğu müalicə edən bir tibb mərkəzi kimi tanınıb. Hətta bir vaxtlar klnikanın bu istiqamətdə təqdim etdiyi reaklam rolikləri indi də yaddan çıxmır. Bizi məhz “Laçın”la bağlı araşdırma aparmağa vadar edən səbəb KİV-lərdə oxuduğumuz məlumatlar oldu. Maraqlıdır ki, axtarış sistemlərində klinikanın adını yazanda silsilə neqativ məqalələrə rast gəlirsən. Məzmuna varanda daha çox “bir dəli quyuya daş atdı, yüz ağıllı yığışıb onu çıxara bilmədi” deyimi yada düşür.

 

l7

Çünki saytlar bu klinika barəsində qarşı tərəfin fikrini öyrənmədən bir-birinə istinadən neqativ materialların yayılmasına daha çox üstünlük veriblər. Ən dəhşətli qara piar isə, əslən Cənubi Azərbaycandan olan uroloq-androloq həkim Behnam Kazemi barəsində aparılıb. Barəsində yazılanlara aydınlıq gətirmək üçün həmin həkimlə görüşüb, ona bizi maraqlandıran sualları ünvanladıq.

l01
Azinforum.az həmin müsahibəni təqdim edir.

– Həkim, barənizdə yazılan məqalələrlə tanışsınız?

– Əvvəla sizə dərin minnətdarlığımı bildirirəm ki, bu məsələyə aydınlıq gətimək qərarına gəlibsiniz. Bilirəm ki, jurnalistlərin yazı yazmağa haqqı var. Ancaq bütün bunlar jurnalist etikası və prinsipləri əsasında edilməlidir. Biz həkimlərdən də məqalələrin yazılmasına etiraz etmirəm. Ancaq bizim də cavab haqqımız tanınmalıdır axı. Buna məhəl qoyulmayanda hansısa jurnalist obyektivliyindən söhbət gedə bilməz. Mənə bu şəraiti yaratdığınız üçün Sizə minnətdaram. İstənilən sualınıza cavab verə bilərəm.
– Siz hara vətəndaşısınız?
– Mən milliyyətcə azərbaycanlı olan İran vətəndaşıyam. İkinci vətəndaşlığım isə Kanadadır. Ailəm hazırda Kanadada yaşayır. 6 ildir ki, Azərbaycanda çalışıram. İstəyim budur ki, millətimə qulluq edəm.
– Siz hansı sahənin həkimisiniz?

 

l02
– Mən İran İslam Respublikasında 8 il oxuyub tibb fakultəsini bitirmişəm. Tehran universitetinin məzunuyam. Uzun illər kişi cinsi zəifliyinin aradan qaldırılması sahəsində çalışmışam. ABŞ-da andreloqluq üzrə kurs keçmişəm. Hazırda ABŞ-ın Andreloji Assosiyasiyasının həqiqi üzvüyəm. Həmin qurumla indi də sıx əməkdaşlıq edirəm.
– Sizin həkim olmağınıza şübhə etmirik, ancaq mediada barənizdə belə fikirlər səsləndirilib ki, öz ölkənizdə burun-boğaz həkimi olubsunuz. Bu iddialarla razısınız? Anrologiya ilə uyğun sahələr deyil axı…
– Burun- boğaz cərhalarına dünyada cərahlar-cərahı deyillər. O sahəyə yiyələnmək çox çətindi. Kaş ki, mən o sənətə yiyələnə bilərdim. Tibbin ən çox tələb olunan və maraqlı sahələrindəndir. Bura oturuşmuş dövlətdir. Həkimlik fəaliyyətilə məşğul olan əcnəbilərin hamısı dəqiq yoxlanılır. Heç ağlınıza gəlir ki, lor həkiminin androloq işləməsinə icazə versinlər? Bu istiqamətdə həm səhiyyə, həm də təhsil nazirliyi lazımi araşdırma aparıb. Yalnız bundan sonra mənim hazırda çalışdığım sahədəki fəaliyyətimə rəsmi icazə verilib.

 

l05
– Siz “Laçın” klinikasında çalışıbsınız. Yeriniz əvvəlkidi, amma ad başqadır. “Laçın” hara “getdi”?
– İstənilən tibb ocağının və ya həkimin nöqsanı ola bilər. Məndən əvvəl burda bir həkim işləyib. Adını çəkmək istəmirəm. “Laçın” adını həmin adam biabır etdi. Axırda vəziyyət o həddə çatdı ki, klinikanın sahibi onu işdən qovdu. Hələ də, “Laçın” deyəndə onun etdiyi pis əməllər yada düşür. Ancaq bu heç də o anlama gəlməməlidir ki, “Laçın”da yalnız neqativliklər olub. Təəssüf ki, yerli media daha çox neqativlikləri işıqlandırmaqda maraqlı görünür. Ancaq bu fikri bütün jurnalistlərə aid etmək istəmirəm. Bu səbəbdən də, balans pis xəbərlərin yayılması istiqamətinə dəyişdi. Həmin adam burada baş həkimlikdən uzaqlaşdırılandan sonra da, öz əməllərini davam etdirdi. Neqativ yazıların çoxu o qəbildəndir. Yəni onun “əməyinin” məhsuludur “Laçın” yerini dəyişdi, birdəfəlik yoxa çıxmadı. “Laçın”ın bazası əsasında “Milana” adı ilə daha böyük bir klinika yaratdıq. Gördüm ki, “Laçın” istəyən adamlar çoxdu, yenidən köhnə məkanda həmin adla fəaliyyət göstərməyi planlaşdırıram.

 

l03
– Barənizdə aparılan qara piarla bağlı məsələnin hüquq müstəvisində həllinə niyə cəhd etmədiniz?
– Qəribçilikdə olduğum üçün, özümü təklənmiş hiss etdim. Bir çox dostlarımız isə şikayət etməyi məsləhət bilmədilər.
– Barənizdə yazılanları sifariş hesab edirsiniz?

– Bəli, çünki məqsədli şəkildə məni qaralamağa hesablanmışdı. Yalandan yazırdılar ki, Təbrizdən informasiya aldıq. Niyə informasiyanın kimdən alındıqlarını yazmırdılar?

– Sizinlə eyni adda və soyadda İranda burun-qulaq həkimin olduğuna dair faktlar var. Həmin adam siz deyilsiniz? Çünki yazılarda bu fakt da təqdim edilib.

 

l10

 FOTODAKI İRANDA FƏALİYYƏT GÖSTƏRƏN BEHNAM KAZEMİDİ

 

– Həmin adam doğrudan da var. Ancaq mən deyiləm. Onun reklam lövhəsini İranda mən özüm də görmüşəm. Adı İranda burun-boğaz həkimi kimi çox yerdə keçir. Yazılarda bəhs edilən Behnam Kazemi həmin adamdı.

– Bir az da ixtisasınıza uyğun suallar verək. Hazırda ölkəmizdə sonsuzluqla bağlı vəziyyət necədir?

– Dünyadakı statistikaya görə, 100 nigahdan 15-i sonsuzluqla nəticələnir. Bu çox böyük bir rəqəmdir.

– Problemin artması nə ilə bağlıdır?

 

l6

– Birincisi, təbii olmayan qidaların artmasıdır. İkinci böyük səbəb şualanma ilə bağlıdır. İnternet, mobil telefon, çanaq antenlərini bura aid edə bilərik. Ekoloji tarazlığın pozulması isə, ən başlıca faktorlardandı. Dünya ölkələrilə müqayisədə Azərbaycanda sonsuzluğun vəziyyəti qənaətbəxşdir. Çünki bu ölkədəki vətəndaşların gündəlik rasionunda təbii qidalar çoxluq təşkil edir.

– Ailələrin dağılmasına təsir edən başlıca amillərdən biri də sonsuzluq problemidir. Belə problemlə rastlaşan ailələrə nəyi məsləhət görərdiniz?

– Kaş bütün nigahlardan əvvəl, ailə qurmaq istəyən cütlüklər bir-birilə tibbi cəhətdən də ətraflı tanış olsunlar. Biz əvvəlcədən hansı cütlüklərin nigahının sonsuzluqla nəticələnə biləcəyini təxmin edə bilirik.

– Belə problemlə üzləşənlərə kömək edə bilirsinizmi?

– Uğurumuz 70 faizi üstələyir. Sonsuzluğun müalicəsi ən bahalı və uzun sürən prosesdi. Bəzən insanlar nəticənin dərhal olmasını istəyir. Çoxları bu səbəbdən müalicəsini yarımçıq qoyur. Biz xəstəyə gələn kimi boxçada uşaq verə bilmərik axı (gülür-M.M.) Gərək ki, müalicə tam şəkildə keçsin, sonra nəticə olsun.

– Öz ölkəmizdə olan vəziyyəti bilmək istəyirik. Bu sahədə daha çox qadınlarda problem olur, yoxsa kişilərdə?

– Kişlərdə problem daha çoxdur. Ancaq Azərbaycanda kişiləri buna inandırmaq bir qədər çətin olur. Ailələrin hamısı elə bilir ki, uşaq olmursa, problem xanımdadır. Təəssüf ki, belə deyil.

– Sonsuzluqla bağlı həkimə nə vaxt müraciət edilməlidir?

– Heç bir səbəb olmadan hamiləlik bir il müddətində baş vermirsə, mütləq həkimə müraciə olunmalıdır. Oğlanın yaşı 30-dan, xanımın yaşı 25-dən yuxarıdırsa- 6 aydan sonra, xanımın yaşı 30-dan yuxarı olsa- 3 aydan sonra müraciət olunmalıdır.

– Sizə işlərinizdə uğurlar arzulayırıq.

– Çox sağ olun ki, obyektivliyin təmin olunmasına kömək etdiniz.

Müsahibəni hazırladı:

M. MİRZƏ

AZİNFORUM.AZ

Həmçinin oxuyun

Məcburi köçkünlərin geri qayıdışı üçün 1,2 milyonluq təbliğat işləri görüləcək

Məcburi Köçkümlərin Sosial İnkişaf Fondu tərəfindən keçirilən tender müsabiqəsinin (Açıq tender) nəticəsi açıqlanıb.Yeniavaz.com xəbər verir ki, …

Bir cavab yazın