Çərşənbə , Sentyabr 28 2022
Ana səhifə / Aktual / Mərkəzi Nəbatat Bağında iki qanunsuz ev inşa edilib

Mərkəzi Nəbatat Bağında iki qanunsuz ev inşa edilib

AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin göstərişi ilə Rəyasət Heyəti Aparatının Daxili nəzarət və audit şöbəsinin Mərkəzi Nəbatat Bağında apardığı yoxlamalar nəticəsində müəssisədə bir sıra qanunsuzluqlar aşkarlanıb.

Bu fikirləri Mərkəzi Nəbatat Bağının baş direktoru vəzifəsini icra edən Natiq Allahverdiyev deyib.

Onun sözlərinə görə, keçmiş rəhbərlik tərəfindən yeni ağacların əkilməsi üçün heç bir təşəbbüs göstərilməyib, aqrotexniki qulluq olunmayıb, suvarma sisteminin düzgün təşkil edilməməsi səbəbindən əksər ağaclarda quruma prosesi sürətlənib.

Nəbatat Bağının inkişafı və quruculuq işləri üçün dövlət büdcəsindən ayrılmış vəsait mənimsənilib. Eləcə də Bağın imkanlarından şəxsi maraqlar üçün istifadə olunub, bu quruma məxsus ərazidə iki qanunsuz ev inşa edilib. Hazırda bu tikililərin hüquqi yollarla sökülməsi üçün müraciət olunub.

N.Allahverdiyev qeyd edib ki, Daxili nəzarət və audit şöbəsinin yoxlama işləri nəticəsində ortaya çıxan qüsur, qanunsuzluq və mənimsəmələr tərtib olunmuş arayışda qeyd olunub. Onun sözlərinə görə, şöbə tərəfindən həyata keçirilmiş yoxlamaların əks olunduğu, sabiq direktor tərəfindən də imzalanmış arayış zərurət yarandıqda ictimailəşdirilə bilər/Report.

Həmçinin oxuyun

Bakı Gənclər Mərkəzi ailəsi II Fəxri Xiyabana yürüş ediblər

Sentyabrın 27-sində Bakı Gənclər Mərkəzi əməkdaşları və gənclərilə birlikdə II Fəxri Xiyabana yürüş etmişdir.Ümumilikdə 100 …