Cümə axşamı , Dekabr 1 2022
Ana səhifə / Aktual / Mərkəzi Aran Regional Təhsil İdarəsində baş verən ayrıseçkilik hələ də davam edir…

Mərkəzi Aran Regional Təhsil İdarəsində baş verən ayrıseçkilik hələ də davam edir…

Belə ki, diaqnostik qiymətləndirilmədən orta nəticə göstərən şəxslərlə müddətli əmək müqaviləsi bağlanır, amma illərlə ömrümü təhsilə həsr edənlə müqavilə bağlanmır. Mən işlədiyim dövrdə “Metodist müəllim”, “Əməkdar müəllim”, “İlin ən yaxşı müəllimi” adlarını almış, yüzlərlə Fəxri Fərmanla təltif edilmiş, diaqnostik qiymətləndirmədən yüksək bal toplamış, şagirdlərimin 1-i Respublika fənn olimpiadalarında 2-ci yer tutmuş və gümüş medal almış, digərləri 3 və 4-cü yer tutmuş müəllimlə müddətli əmək müqaviləsi bağlanmır.

Azərbaycan müəllimlərinin qurultayının iştirakçısı, Avropa Şurasının Təhsil Nazirliyi ilə birlikdə keçirdiyi konfrans seminarın iştirakçısı, ömrünün 45 ilini təhsilə adayan müəllimə qarşı ayrıseçkilik edilir. Bu isə AR Konstitusiyasının 25-ci maddəsinin tələblərinin kobud şəkildə pozulmasıdır. Mərkəzi Aran Regional Təhsil İdarəsi bildirir ki, H.B.Zərdabi adına 1 saylı məktəb-liseydə müəllim sayı və dərs sıxlığı olduğu üçün mənimlə müqavilə bağlanması məqsədəuyğun deyildir. Ancaq bildirmək istəyirəm ki, həmin məktəbdə çalışan tarix müəllimlərin 3-ü başqa məktəbə çalışır və çalışdığı məktəb əsas iş yeridir.Mənimlə birlikdə H.B.Zərdabi adına Zərdab şəhər 1 saylı məktəb-liseyin 3 tarix müəllimi var. Onların ikisi diaqnostik qiymətləndirmədə məndən bir neçə dəfə aşağı nəticə göstəriblər. Mən 4 ildir müddətli müqavilə ilə həmin məktəbdə işləmişəm. Kifayət qədər dərs saatının olmasına baxmayaraq nədənsə mənimlə 2022-2023-cü tədris ili üçün müddətli əmək müqaviləsi bağlamırlar. Bunun günahını Mərkəzi Aran Regional Təhsil idarəsinin və H.B.Zərdabi adına Zərdab şəhər 1 saylı məktəb-liseyinin rəhbərliyində görürəm.Mənim haqqımda müsbət yekun qərar verilməyəcəyi halda məcburən məhkəməyə müraciət etməli olacam.

Zərdab rayon sakini ,

Əməkdar müəllim Ömər Tarverdiyev

Həmçinin oxuyun

Naxçıvan Baş Gömrük İdarəsinə müvəqqəti rəis təyin olunub – Vüqar Əliyev kimdir? (FOTO)

Yeni yaradılan Naxçıvan Baş Gömrük İdarəsinə müvəqqəti rəis təyin olunub. Dövlət Gömrük Komitəsindən bildirilib ki, …