Çərşənbə axşamı , May 21 2019
Ana səhifə / Aktual / Mərhum bəstəkar Tahir Əkbərlə bağlı məqaləyə operatv reaksiya – dövlət ailəsinə sahib çıxdı

Mərhum bəstəkar Tahir Əkbərlə bağlı məqaləyə operatv reaksiya – dövlət ailəsinə sahib çıxdı

Jalə Mütəllimova: “Böyük bəstəkarın ailəsinə yardım əllərini uzatdılar, onun qəbirüstü abidəsinin götürülməsi üçün dövlət tərəfindən ayrılan vəsaiti ailəsinə mənim iştirakımla təqdim etdilər”

Yazarımız Jale Mütəllimovanın mərhum bəstəkar Tahir Əkbərin xanımı Aybəniz Əkbərova ilə dərc etdirdiyi müsahibəyə ən yüksək səviyyədə reaksiya verilib. Musavat.com xəbər verir ki, müsahibədə bəstəkarın ömür-gün yoldaşının qaldırdığı məsələlər və problemlər həllini tapıb. Bu barədə “Yeni Müsavat” qəzetinin yazarı Jalə Mütəllibova da özünün Facebook səhifəsində status yazıb. Yazar bu müsahibəyə verilən reaksiyaya və bəstəkarın ailəsi, qəbirüstü abidəsi üçün atılan addımlara görə dövlət qurumlarına təşəkkür bildirib. Məsələnin maraqlı tərəfi budur ki, J. Mütəllimova facebook statusunda konkret instansiya, ya da ad çəkməyib. Bu da olduqca maraqlı detaldır. Demək, kimlər ki, mərhum bəstəkarın ailəsinə sahib çıxıb, bunun detallı və adlı olmasını istəməyib, dövləti ünvan göstərib.

AYBANİZ 2.jpeg (56 KB)

Tahir Əkbərin xanımı Aybəniz Əkbərova və  əməkdaşımız Jalə Mütəllimova

Jalə xanımın statusunu olduğu kimi təqdim edirik:

“Yazdıqlarının nəticəsi olursa, “siz düzünü yazın, biz görəcəyik” mesajı şəksiz həqiqətdir demək ki. Mən yazdım. Böyük bəstəkar Tahir Əkbərin başına gətirilənlərdən, ailəsinin durumundan yazdım “Yeni Müsavat”da. Nəticəsini də gördüm. O dövlət qurumları, o məmurlar ki, zəng vurub təşəkkür edib, böyük bəstəkarın ailəsinə yardım əllərini uzatdılar, onun qəbirüstü abidəsinin götürülməsi üçün dövlət tərəfindən ayrılan vəsaiti, ailəsinə mənim iştirakımla təqdim etdilər, hər birinə minnətdaram. Eyni zamanda qızının ali təhsilini başa vurduqdan sonra işlə təmin olunması üçün də adıımlar atılacağını bildirdilər. Çox qürurlandım, peşəmlə, qələmimlə həmişəki kimi fəxr elədim. Yazmaq, səmim olmaq, nifrət bəsləməmək lazımdır. Təşəkkürlər dövlətimə və onun ləyaqətli oğullarına, qızlarına!…

Tahir Əkbər haqda müəllifin yazısı bu linkdədir:

http://musavat.com/news/tahir-ekberin-mezar-dasini-qoymaq-ucun-xanimi-mahnilarini-satisa-cixardi-fotolar_528457.html

Həmçinin oxuyun

Azərbaycanın tanınmış professoru VƏFAT ETDİ (FOTO)

Azərbaycanın elm ictimaiyyətinə ağır itki üz verib. Unikal.org-un əldə etdiyi məlumata görə, fəlsəfə elmləri doktoru, …