Cümə axşamı , Dekabr 3 2020
Ana səhifə / Aktual / Məntəqəyə daxil olan vətəndaşın telefonu əlindən alınır? – MSK sədri AÇIQLADI

Məntəqəyə daxil olan vətəndaşın telefonu əlindən alınır? – MSK sədri AÇIQLADI

“Müasir dünyada dövlətin idarəçilik sistemindən asılı olmayaraq, istənilən ölkənin vətəndaşının sosial şəbəkələrə girişi bərabərhüquqludur. Bu gün sosial şəbəkələr həyatımızın hissəsinə çevrilib”.

Unikal.org xəbər verir ki, bunu MSK sədri Məzahir Pənahov bu gün “Mərkəzi Seçki Komissiyasının (MSK) Ali Məhkəmə və apellyasiya məhkəmələri ilə birgə layihəsi çərçivəsində seçki mübahisələrinin məhkəmə qaydasında həllinə həsr olunan regional seminar-müşavirə”də çıxışı zamanı deyib.

Onun sözlərinə görə, məntəqəyə daxil olan vətəndaşın mobil telefonunu əlindən almağa heç kimin ixtiyarı yoxdur: “Bu dediklərimin çoxunu burada oturanlar çox gözəl bilir. Amma açıq şəkildə müzakirə etmək istəmirsiniz. Lakin açıq şəkildə müzakirə edilən problemlər həll edilməyə bir addım qalan problemlərdir”.

“Biz dairə seçki komissiyalarının qərarlarını ləğv edəndə özümüzü güclü hesab etmirik. Bu, bizdə məyusluq yaradır. Çünki bizim keçirdiyimiz tədbirlərin boşa getdiyi təəssüratı yaranır. Buna görə də vaxtında qanunun tələblərinə cavab verən addımlar atmalıyıq”, – MSK sədri qeyd edib.

Həmçinin oxuyun

Kəlbəcərin Zod qızıl yatağının görüntüləri

Azərbaycan Müdafiə Nazirliyi Ermənistanın işğalından azad olunan Kəlbəcər rayonunun Söyüdlü (Zod) qızıl yatağının görüntülərini yayıb. …