Şənbə , Oktyabr 31 2020
Ana səhifə / Aktual / “Mənim bir Allahım var, o da göydədir” — Deputat özünü “ikinci Allah” adlandıran molladan DANIŞDI

“Mənim bir Allahım var, o da göydədir” — Deputat özünü “ikinci Allah” adlandıran molladan DANIŞDI

Xəbər verdiyimiz kimi, Lerikin Kaqoy kəndində özünü “ikinci Allah” adlandıran Məmmədsəfa adlı molla peyda olub.
“Ölkə.Az” xəbər verir ki, sözügedən şəxsin yanına yüzlərlə inanclı insan pənah gətirir.

Sosial şəbəkələrdə yayılan məlumata görə, Məmmədsəfa adlı mollanın yanına gedib-gələnlər arasında tanınmış incəsənət adamları və məmurlar da, o cümlədən sabiq müdafiə naziri Səfər Əbiyev və Milli Məclisin deputatı Əliağa Hüseynov da olub.

Məsələni dəqiqləşdirmək üçün Əliağa Hüseynovla əlaqə saxladıq.
Deputat saytımıza açıqlamasında yayılan xəbərlərin doğru olmadığını bildirib:

“Bu xəbərlər doğru deyil. Mən heç indiyədək Lerikdə olmamışam. Digər tərəfdən isə mən məmur deyiləm, təqaüdçüyəm. Ora getmək mənə lazım deyil.

Mənim bir Allahım var, o da göydədir. Birdə ki, cənab Prezidentdir, vəssalam”.

Həmçinin oxuyun

Təmkinli Əliyev, özgüvənsiz Paşinyan… – Kimin əlləri daha etibarlı görünür?

İngiltərəli təlimçi və bədən dili mütəxəssisi Martin Nyuman Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri …