Bazar ertəsi , İyun 17 2019
Ana səhifə / “Məni düzgün başa düşün, mən qarabağlıyam”

“Məni düzgün başa düşün, mən qarabağlıyam”

“Mənim o hərəkətimə kim ki, mənfi rəy bildirirlər. Onlara demək istəyirəm ki, bu məndən asılı bir şey deyil. Məni düzgün başa düşün, mən qarabağlıyam”. “Mənim o hərəkətimə kim ki, mənfi rəy bildirirlər, onlara demək istəyirəm ki, bu, məndən asılı bir şey deyil. Məni düzgün başa düşün, mən qarabağlıyam”.
Bunu ANS PRESS-ə açıqlamasında Azərbaycan sambo güləşi üzrə milli komandasının üzvü Bəxtiyar Abbasov deyib.
İdmançımız Moskvada keçirilən sambo güləşi üzrə Dünya Kuboku mərhələ yarışındakı hərəkətinə aydınlıq gətirib. O bildirib ki, Ermənistanın bayrağına hörmət eləməyə borclu deyil: “Gedin mənim qohum-əqrabamdan soruşun. Hər bir ailədən itki vermişik. Bizim kənddə ermənilər oğlunun gözü qabağında atasını ağaca bağlayıb maşınla iki yerə bölüblər. Mən o himnə qulaq asa bilərəm? Ermənistanın torpağı yoxdur. O torpaqlar bizimdi. Ermənilərin nə milləti var, nə də bayrağı. Mən təəssüf ki, başqa qrupda çıxış edib erməni idmançı ilə qarşılaşa bilmədim. Mən onu finalda gözləyirdim. Onunla üz-üzə gəlsəydim onu udacaqdım, mən buna əmin idim. Dünya Sambo Federasiyasına hörmət eləyib mükafatlandırmaya çıxmışam. Amma sakitcə o himnə qulaq asa bilməzdim”.
B.Abbasov bildirib ki, bəzi azərbaycanlılar bu addımına görə, onu qınayırlar: “Ermənistan yığmasının baş məşqçisi mənə yaxınlaşıb dedi ki, “Eşitmişəm ki, sən qarabağlısan. Ona görə də mən səni başa düşürəm”. Bu sözləri mənə erməni deyir. Amma bizim bəzi insanlarımız bu hərəkətimə görə məni qınayırlar. Ermənilər şükr eləsin ki, hələ mən elə eləmişəm. Mən Ermənistan xalqına hörmətsizlik etmişəm, edəcəyəm də”.

Həmçinin oxuyun

Azərbaycanda ən çox bəraət hökmü çıxaran iki hakim kimdir? – DOSYE

Hüquqşünaslarda belə bir deyim var: “Bəraət hökmü çıxartmamış hakim əslində hakim hesab olunmur”.Azərbaycanda bəraət hökmlərinin …

Bir cavab yazın