Çərşənbə axşamı , Oktyabr 22 2019
Ana səhifə / Aktual / “Mən restoran işi ilə məşğul deyiləm” – Vidadi Zeynalov bu dəfə fərqli DANIŞDI

“Mən restoran işi ilə məşğul deyiləm” – Vidadi Zeynalov bu dəfə fərqli DANIŞDI

“Mən restoran işi ilə məşğul deyiləm”.

Bu sözləri Yenisabah.az-a Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin keçmiş Aparat rəhbəri Vidadi Zeynalov deyib. O, əlavə edib ki, ailəsi ilə Şamaxının Məlhəm kəndinə dincəlməyə gedib. Həmin vaxt ona media nümayəndələrindən biri zəng vurub:

“Dedi ki, Vidadi müəllim vacib məsələ var, sizinlə görüşmək istəyirəm. Mən də dedim ki, ailəmlə Şamaxıya gəlmişəm, o aşpazlıq edir, mən də çörək yeyirəm.

Soruşdu ki, harada, cavab verdim ki, Məlhəm kəndində. O da götürüb yazıb ki, “Məlhəm” restoranı belə gəldi filan…”. Zeynalov restoran biznesi ilə məşğul olmadığını qeyd edib.

O, həmçinin jurnalist Fikrət Fəraməzoğlunun həbsxana xatirələrində onunla bağlı yazılanlara da toxunub. Jurnalist xatirələrində yazıb ki, 1 saylı Bakı İstintaq Təcridxanasında (Kürdəxanı türməsi) nəzarətçilər Vidadi Zeynalovun maliyyə imkanlarındən bol-bol yararlanıblar. Məsələn, onlar keçmiş məmura iki dönəri 100 manata “təşkil” ediblər. Təcridxananın həyətini yaşıllaşdırmaq üçün Vidadi Zeynalov nə az, nə çox 12 min manatından keçib.

Keçmiş məmurun yazılanlara münasibəti belə olub: “Allah heç kimə həbsxana düşməyi qismət eləməsin. Ora elə bir yerdir ki, heç kəs heç kəsin dəmir barmaqlar arasında nə etdiyini nə görə, nə də bilə bilər. İndi yazıb da. Nə deyim”.

Vidadi Zeynalov əmlaklarının geri qaytarılıb-qaytarımadığı barədə də həvəssiz danışıb. “Apellyasiya məhkəməsinin qərarı var, götürün oxuyun. Mətbuat da hər addımımı izləyir. Mən nə deyim daha”,- deyə keçmiş Aparat rəhbəri bildirib.

Vidadi Zeynalov “MTN işi”nə görə həbs edilən məmurlardandır. O, 2015-ci ilin noyabr ayının 13-də həbs edilib. 2017-ci il iyulun 27-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə barəsində 13 il müddətinə azadlıqdan məhrumetmə cəzası seçilən Vidadi Zeynalov 73 milyon 590 min manat məbləğində dövlət vəsaitinin mənimsənilməsi və israf edilməsinin təşkilində təqsirləndirilirdi. O, bu ilin mart ayında isə azadlığa buraxılıb.

Həmçinin oxuyun

“Biz hamımız gəmi kapitanının ətrafında sıx birləşmiş vahid komandanın üzvləriyik” – Deputat

“Azərbaycanın müstəqil daxili və xarici siyasət yürütməsi faktı müəyyən qüvvələri olduqca narahat edir. Ölkəmizdə asayişi …