Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / “Mən qışqırmıram, qışqırdıram” – Kənan MM

“Mən qışqırmıram, qışqırdıram” – Kənan MM

Şair Salam Sarvanla tanınmış rejissor Kənan Mahmudov arasında qalmaqal yaşanıb.
Belə ki, S.Sarvan iddia edir ki, Kənan M M-in bu yaxınlarda çap etdirdiyi şeirindən bir bənd onun şeiri ilə eynilik təşkil edir:
“Bağışla düşüncəm tör-töküntüdü,
Xəyallar qoymur ki,gedim uzağa
Demə ki, həsrətin yaman pintidi
Xatirən tökülüb bütün otağa…
Bilmirəm, haqlıyammı, amma mənim “Sənli xatirələr dağılıb evə, bağışla otağım tör-töküntüdü” misralarımla çox mehriban görünür bu bənd. İddia eləmirəm ki, hörmətli Kənan bəy bunu bilərəkdən edib, o, heç bəlkə məni oxumayıb da. Amma görünür, ən azı, Azərbaycan şairlərini oxumaq lazımdır ki, belə “toqquşmalardan” qaça biləsən”.
S.Sarvanın bu fikirlərinə prodüsser Kənan MM-in cavabı gecikməyib. Kənan MM bildirib ki, sözügedən şeirdən xəbərsizdir və bütün bunlar sadəcə təsadüfdür:
“Hər iki cümlə Azərbaycan dilindədir, həyata baxışımız və zövqümüz eyni ola bilər. Kim necə istəyir, elə də düşünsün. Əgər həqiqətən də qəlbinizin dərinliyində bilərəkdən və qəsdən yazıldığını düşünürsünüzsə, mən o qədər də düşüncəsiz insan deyiləm. Üstəlik bilirəm ki, səsləndirdiyim mətnlər yayılacaq. Belə hərəkət məntiqsiz olar. Bəs bu plagiatdırsa, o biri yazılarım? Mənim xeyr-duamı Rəhmətlik Nüsrət Kəsəmənli verib. Kimsənin dəstəyinə ehtiyacım yoxdur”.
S.Sarvanın bu fikirlərinə münasibət bildirənləri isə Kənan M.M xoşagəlməz sözlərlə susdurub. O, onun şeirini plagiat adlandıranların cavabını verib.(big.az)
Yazışmaları təqdim edirik:
"Ağzınızı cıraram, mən qışqırmıram, qışqırdıram" - Kənan MM"Ağzınızı cıraram, mən qışqırmıram, qışqırdıram" - Kənan MM"Ağzınızı cıraram, mən qışqırmıram, qışqırdıram" - Kənan MM

Həmçinin oxuyun

İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) məktəb turunu yekunlaşdırıb

İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Naxçıvan Muxtar …

Bir cavab yazın