Bazar ertəsi , Aprel 19 2021
Ana səhifə / Aktual / “Mən o videoya baxmadım, baxmayacağam!“ – Sabir Rüstəmxanlı

“Mən o videoya baxmadım, baxmayacağam!“ – Sabir Rüstəmxanlı

“Bir xanım jurnalist zəng vurub Cəmil Həsənlinin qızı ilə bağlı videoya münasibətimi soruşdu. Mən videoya baxmadığımı və baxmayacağımı dedim”.

Bunu Milli Məclisin üzvü, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı Milli Şuranın sədri, professor Cəmil Həsənlinin qızı ilə bağlı yayılmış intim video barədə danışarkən deyib.

S.Rüstəmxanlı bildirib ki, kimin haqqında olmasından aslı olmayaraq, belə hadisələri qətiyyətlə pisləyir:

“Fərqi yoxdur, istər sıravi vətəndaşın, istər prezidentin şəxsi həyatına müdaxilə tərbiyəsizlikdir.

Üzdə olan adamları övladları ilə mənəvi terror etmək doğru deyil. Bu bizim milli birliyimizə zərbə vurur. Milləti millət edən böyük mənəvi dəyərlərimizə sayğı, əxlaq, ədalət, ümumi maraq və ideallar, nəhayət qarşılıqlı sevgidir. Cəmiyyətin bir tərəfinin digər tərəfini bu şəkildə hədəf seçməsi aradakı mənəvi körpüləri yandırır. Bu addımı atanlar qarşı tərəfi gözdən saldıqlarını düşünsələr də, əslində özləri də öz mahiyyətlərini göstərir və özlərini ifşa edirlər.

Yeri gəlmişkən, deyim ki, artıq texnika o qədər inkişaf edib ki, istənilən adam üçün intim serial düzəltmək olar.

Bu üsuldan yalnız müxalifətə qarşı istifadə edilmir, müxalifət də zaman-zaman vəzifədəki şəxslərə qarşı söyüş, təhqir kimi vasitələrdən istifadə edir. Millətimizə və cəmiyyətimizə yaraşdırmıram belə rəzaləti!”.

Həmçinin oxuyun

Əhmədzadələr büdcəyə necə şərik çıxır… – İTTİHAM