Şənbə , Oktyabr 31 2020
Ana səhifə / Aktual / “Mən istədim, Elçibəy də Prezident oldu” – Sürət Hüseynov

“Mən istədim, Elçibəy də Prezident oldu” – Sürət Hüseynov

“Elçibəyin hakimiyyətə gəlməsində özünü cəbhəçi adlandıranların heç birinin mənim qədər rolu olmayıb. Mən istədim, Elçibəy də Prezident oldu”.

Unikal.org xəbər verir ki, bu fikirləri sabiq baş nazir Sürət Hüseynov “Xalq tarixini bilməlidir” verilişində səsləndirib. O bildirib ki, sonradan onun bu zəhməti qiymətləndirilmədi, əksinə ona qarşı hücumlarla əvəz olundu:

“Kimə hörmət edirsən, ayağı yer tutan kimi üstünə gəldi. Bu insanlarda belə bir xislət var idi. Amma mən seçki ərəfəsində mövqeyimi ortaya qoydum və “Prezident Elçibəy olacaq” dedim. Hamı da bilirdi ki, mən Elçibəyi dəstəkləyəcəyim təqdirdə o, prezident olacaqdı. Sonra Etibar Məmmədov yanıma gəldi. Mən ona dedim ki, hərəkatda Elçibəy ağsaqqalınız olub, qoy, o namizəd olsun, müharibəni bitirək, sonra siyasi mübarizə apararsız. Yəni, mən Etibar Məmmədova “yox” dedim, Elçibəyin prezident seçilməsinə nail oldum. Mən bütün rayonlardakı nümayəndələrimizə tapşırmışdım ki, Elçibəyi müdafiə etsinlər, ona səs versinlər. Bu mənim ona qardaş dəstəyim idi. Amma sonrada mənim üstümə gəldilər. Hansı xislətə malik olduqlarını ortaya qoydular”.

Həmçinin oxuyun

Təmkinli Əliyev, özgüvənsiz Paşinyan… – Kimin əlləri daha etibarlı görünür?

İngiltərəli təlimçi və bədən dili mütəxəssisi Martin Nyuman Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri …