Ana səhifə / “Mən bunları tutdurmuşdum, indi çöldə nə gəzirlər?” – İlhamə gecə qadınlarla “toqquşdu”

“Mən bunları tutdurmuşdum, indi çöldə nə gəzirlər?” – İlhamə gecə qadınlarla “toqquşdu”

“Bir il ərzində yeməklərimə dərman qatıb, məni zəhərləmək istəyib”.   Bu sözləri xalq artisti İlhamə Quliyeva mətbuatda yayılan “gecə qalmaqalı” haqda Axar.az-a danışarkən deyib:

“Mehriban Hüseynova mənzillərimdən birində köməkçi kimi işləyib. Bir il ərzində yeməyimə çoxsaylı psixi dərmanlar atıb məni dəli etməyə çalışıb.  Mehriban mənim dilimdən saxta vəsiyyət belə yazıb ki, bütün var-dövlətim ona miras qalsın. Yanımda çalışdığı vaxtlar saysız-hesabsız qızıl, zinət əşyalarımı oğurlayıb. Bütün bu olanlardan xəbər tutduqdan sonra hüquq-mühafizə orqanlarına müraciət etdim. Ayın 5-dən 7-dək polis araşdırma apardı, evim yoxlanıldı və sonra Mehriban Hüseynova həbs olundu.  Ötən gün oğlumla bağdan qayıdıram, görürəm, mənim həbs etdirdiyim Mehriban mənim yolumu kəsir. Rəfiqəsi də onunla maşında idi. Arxalarıyca da bir neçə maşın gəlirdi. Məqsədyönlü şəkildə məni öldürmək istəyirdilər. Maşından düşüb onlara tərəf gedəndə hamısı qorxdu və hadisə yerindən uzaqlaşdı.   Mən başa düşə bilmirəm, necə olur ki, mənə Kürdəxanıda həbsdə olduğu deyilən adam gecə yarısı yolumu kəsir? Bu haqda mən susmayacağam. Cənab prezidentə qədər yazmışam. Yaxın günlərdə sözügedən məsələ ilə bağlı mətbuat konfransı keçirib daha ətraflı danışacam. İndi çox danışmaq istəmirəm, dərman atmışam”.

Xatırladaq ki, oktyabr ayının 15-də 8-ci mikrorayon ərazisində yerləşən Tennis Akademiyasının qarşısında xalq artisti və iki kişinin olduğu “Hunday Sonata” markalı avtomobillə içərisində iki xanım olan “Şevrolet” markalı avtomobil üz-üzə gəlib. İ.Quliyeva avtomobildən düşərək, xanımların ünvanına belə deyib: “Mən bunları tutdurmuşdum, indi çöldə nə gəzirlər?”   Xalq artisti xanımların onu zəhərləmək istədiklərini bildirib.

axar.az

Həmçinin oxuyun

Şəki Uşaq İncəsənət Məktəbinin direktorunda topdağıtmaz sərvət haradandır? – Görünəni odur ki…

Sabiq Mədəniyət naziri Əbülfəs Qarayevin vəzifəsindən azad olunmasından sonra mədəniyyət idarələrində və bir sıra rayonlarda …

Bir cavab yazın