Bazar ertəsi , Oktyabr 26 2020
Ana səhifə / Aktual / “Mən bu işdə yoxam” – Baş prokurorun sabiq köməkçisi də Əli İnsanovun yeni partiyasını tərk etdi

“Mən bu işdə yoxam” – Baş prokurorun sabiq köməkçisi də Əli İnsanovun yeni partiyasını tərk etdi


“Mən heç bir partiyanın üzvü deyiləm, olmaq fikrim də yoxdur”.
Azinforum.az 
xəbər verir ki, bu sözləri Yenisabah.az-a adı keçmiş səhiyyə naziri Əli İnsanovun təsis etdiyi Haqq Ədalət Partiyasının (HƏP) Təşkilat Komitəsinin üzvləri sırasında yer alan hüquqşünas Mirədalət Talışxanov deyib. 
Məlumat üçün deyək ki, Mirədalət Talışxanov vaxtilə Masallı rayon Məhkəməsinin sədri və Baş prokurorun köməkçisi vəzifələrində çalışıb.
O, bildirib ki, Əli İnsanovun təşkil etdiyi tədbirə hüquqşünas kimi dəvət alıb. 
“Bir dostum dəvət etmişdi. Mən partiya quruculuğuna aidiyyatım yoxdur. Orada təklif edildi, lakin mən heç bir partiyaya üzv olmaq istəmədiyimi dedim”
, – deyə hüquqşünas vurğulayıb. 
Tədbir iştirakçiları ilə fotoya gəlincə, Mirədalət Talışxanov deyib: “Dedilər şəkil çəkdirək, çəkdirdim. Ondan sonra çıxıb getmişəm. Sonradan adımı Təşkilat Komitəsinin üzvlərinin sırasına salıblar. Lakin yenə deyirəm ki, mən bu işdə yoxam”.
Xatırladaq ki, Təşkilat Komitəsinin 15 nəfərlik üzvləri siyahısında olan Milli Qəhrəman anası Qalibə Budaqova da dünən açıqlama yayaraq, “Bu partiyada yoxam” deyib.

Həmçinin oxuyun

“Belə atəşfəşanlıqla küçəyə çıxmaq, hay-küy yaratmaq təhlükəlidir”

Azərbaycan 27 il erməni işğalında olan torpaqlarını azad etmək üçün əks-hücum əməliyyatına başlayandan ölkədə hərbi …