Şənbə , Noyabr 28 2020
Ana səhifə / Aktual / Məmurların maaşı azaldılacaq – “Artırmaqla səhvə yol vermişik!”

Məmurların maaşı azaldılacaq – “Artırmaqla səhvə yol vermişik!”

Ermənistanda iri və orta məmurların əmək haqqı azaldılacaq.

Moderator.az erməni mənbələrinə istinadən xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan bəyanat verib. O qeyd edib ki, əvvəlki hakimiyyət dönəmində məmnurların maaşlarının artırılması “ciddi səhv idi” və bu səhvi ortadan qaldırmaq lazımdır.

Sərkisyan rejimini tənqid edən Paşinyan bildirib ki, sələfləri vaxtiylə belə bir addımı məmurların maddi rifahını yüksəltmək və bununla da onların korrupsiyaya olan marağını azaltmaq adı ilə atsalar da, keçən dövrün tədqiqi göstərir ki, bu, mahiyyət etibari ilə məmurların korrupsiyaya olan marağını azaltmayıb. Əksinə, daha çox maaş alan məmurların korrupsiyaya daha çox meyl etdiyinə diqqət çəkən Paşinyan, bu problemin həllinin vacibliyini qeyd edib. O, bildiirb ki, az maaş alması məmurun korrupsiyaya yol verməsi üçün əsas sayıla bilməz.

Xatırladaq ki, son vaxtlar Ermənistanda iqtisadi durumun kəskin ağırlaşması rəsmi İrəvanı müxtəlif üsul və vasitələrlə dövlət büdcəsini doldurmaq, ona daha çox qənaət etmək məcburiyyəti qarşısında qoyub. Paşinyanın məmurlarla bağlı məlum addımı da məhz bu konteksdə atacağı iddia olunur.

Həmçinin oxuyun

“Onun psixi problemləri var” – Erməni generaldan Paşinyana CAVAB

“Nikol Paşinyan psixi pozuntulardan əziyyət çəkir. O, ordunun, müharibənin, nəyin nə vaxt olduğunu bilmir”. Azinforum.az …