Çərşənbə , Oktyabr 21 2020
Ana səhifə / Aktual / Məmur qızından atasının işdən çıxarılmasına – Reaksiya

Məmur qızından atasının işdən çıxarılmasına – Reaksiya

Bakı Lift İdarəsinin baş direktoru Qüdrət Şükürovun 400 minlik toyu ilə məşhurlaşan videobloger qızı Aysel Şükürova atasının vəzifəsindən kənarlaşdırılmasından sonra paylaşdığı video ilə diqqət çəkib.

Kult.az xəbər verir ki, A.Şükürova İnstaqramda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın vəzifə ilə bağlı çıxışlarından birini paylaşıb.

“Qula qul olmayın – istər prezident olsun, istər baş nazir, istərsə də pul ataları… Məqam, vəzifə sahiblərinin önündə əyilməyin. Bilin ki, ruzinin sahibi Allahdır”, – Türkiyə lideri sözügedən videoda deyir.

Qeyd edək ki, Bakı Lift-Təmir İstehsalat Birliyinin baş direktoru Qüdrət Şükürov bu gün Bakı Şəhər İcra Hakimiyyəti başçısı səlahiyyətlərini icra edən Eldar Əzizovun əmri ilə vəzifəsindən azad edilib.

Həmçinin oxuyun

“Allah daim xalqımızın başını uca eləsin!..” – Zəngilanın işğal günlərindəki icra başçısı

“Milli Ordumuzun bir sıra rayonlarımızın kəndləriylə yanaşı, strateji əhəmiyyətli Zəngilan rayon mərkəzini də azad etməsi …