Cümə , Noyabr 27 2020
Ana səhifə / Aktual / “Məmmədyarov hamıdan çox bu vəzifədə olub”

“Məmmədyarov hamıdan çox bu vəzifədə olub”

“Xarici İşlər Nazirliyində yetərli, lazımi səviyyədə peşəkarlığa sahib insanların çox olmasına baxmayaraq, bunlar işə cəlb olunmur. Yəni problemlər kifayət qədər çoxdur. Vaxtilə demişəm ki, kadr siyasətində də səhvlər var. Elmar Məmmədyarov hamıdan çox bu vəzifədə olub. Heç kəs ömürlük nazir ola bilməz. Bu baxımdan bəlkə də vaxt gəlib çatıb ki, onun yerinə daha təşəbbüslü, gənc birisi gəlsin və bəzi məsələləri öz fikirləri, baxışları, iş üslubları ilə həll etsin”. 

“Qafqazinfo” xəbər verir ki, bunu musavat.com-a açıqlamasında keçmiş Xarici işlər naziri Tofiq Zülfüqarov deyib. Zülfüqarovun fikrincə rotasiya nazirlikdə də olmalıdır: “XİN rəhbəri ola biləcək, lazımı biliklərə, təcrübələrə sahib şəxslər Azərbaycanda kifayət qədər var. Nazirliyin özündə də belə şəxslər az deyil. Digər tərəfdən, səfirliklər korpusu da bu sarıdan zəngindir, səviyyəli diplomatlar mövcuddur. Seçim ediləcək, prezidentin qərarı əsasında nazir müəyyənləşəcək. İstənilən halda yeni bir şəxs olmalıdır ki, problemlərlə təzədən məşğul olsun. Yaşa görə daha gənc, təşəbbüskar, fəal insan olsa, çox yaxşı olardı”.

Həmçinin oxuyun

«Akkord»un rəhbəri dəyişdi – YENİ TƏYİNAT