Bazar ertəsi , Yanvar 18 2021
Ana səhifə / Aktual / Məmişoğlu Azərbaycanın lüks bər-bəzək bazarına girir…

Məmişoğlu Azərbaycanın lüks bər-bəzək bazarına girir…

Trabzon əsilli biznesmen Samət Məmişoğlu və ortağı Orhan Güzelaydın birləşərək Türkiyənin bu il 7 milyard TL-yə çatması gözlənilən lüks bər-bəzək və aksessuar bazarına giriblər.

Virtualaz.org Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, Məmişoğlu və ortağı ötən il “Emper – Luxury Accessories” adlı şirkət qurublar.

Həmin şirkət İsveçrə markası “TF Est.1968”-in Türkiyə və Azərbaycan distributorluğunu alıblar. Hazırda iş adamları dünyanın digər lüks aksessuar şirkətləri ilə danışıqlar aparır, onların mallarını Azərbaycan və Türkiyə bazarlarına çıxarmağa hazırlaşır.

“TF Est.1968” markası saatlar, kişi köynəkləri üçün qol düymələri, kəmərlər, qələmlər və digər aksessuarlar istehsal edir. Bu markadan olan qol düymələrinin qiyməti orta hesabla 500 İsveçrə frankıdır, kəmərləri isə 600 franka almaq olar.

“Emper – Luxury Accessories” şirkəti indiyə qədər 15 mağaza açıb. Məmişoğlu tezliklə Azərbaycanda da satış şəbəkəsi quracaqlarını deyir. O, bildirir ki, hədəfləri lüks markaları təmsil edən əsas şirkətə çevrilməkdir.

Həmçinin oxuyun

30 ildə Qarabağı talayan xarici şirkətlər – ADLAR

Azərbaycan torpaqları işğal altında olduğu 30 ilə yaxın müddətdə bir neçə beynəlxalq şirkət Qarabağda qanunsuz …